Modern.az

“Haylara məxsus olmayan “armen/erməni” etnonimi də mənimsənilib”

“Haylara məxsus olmayan “armen/erməni” etnonimi də mənimsənilib”

20 Aprel 2018, 11:41

“Heç kəs üçün sirr deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda kommunist libasını geyinmiş erməni millətçiləri – daşnakların əli var idi”.

Modern.az xəbər verir ki, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Heydər Əliyevin anadan olmasının 95 lliyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan, “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü“ münasibəti ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfransda deyib.


Agentlik rəhbəri deyib ki, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşır...

“Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki ildən sonra müstəqilliyimiz əlimizdən alınmışdır. Əgər Azərbaycan dövlət müstəqilliyini qoruya bilsəydi, əminəm ki, bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, ən zəngin ölkələrdən biri olacaqdı. Ancaq xarici müdaxilə nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi!”.

 
K.İmanovun sözlərinə görə,  kifayət qədər güclü olmadığımız və daşnaklara inandığımız halda hay-erməni ikiüzlüyünün qurbanına çevrildik:


“Bu gün qüdrətimizə və iradəmizə əsaslanaraq, dövlət başçımız bəyan edir ki, “Azərbaycan heç bir vaxt imkan verməyəcək ki, bizim tarixi torpaqlarımızda ikinci qondarma erməni dövləti yaradılsın. Elə mövcud olan erməni dövləti bizim torpaqlarımızda yaradılıbdır. Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq””.

K.İmanov vurğulayıb ki, haqq-ədalət, beynəlxalq hüquq və tarixi həqiqət göz önündədir.

Agentlik rəhbəri bildirib ki, haylara məxsus olmayan “armen/erməni” etnonimini və “Arminiya” adlı qədim toponimini mənimsəyərək, hay-erməni tarixşünaslığı Türkmənçay müqaviləsinin (1828) bağlanmasından sonra Şərqi və Qərbi Ermənistanın, hətta uydurma “Böyük Ermənistan”ın mövcudluğuna dair tezisləri fəal şəkildə gündəmə gətirməyə başladı:

““Şərqi Ermənistan” nədir? Bu, İrəvan xanlığının ərazisində və sonradan hay-erməni iddialarının könlünü almaq üçün əvvəlcə Zəngəzur qəzasının, 1922-ci ildə isə Göyçənin (Şərur-Dərələyəz) Azərbaycandan qoparılıb Ermənistana verilmiş torpaqlarımızın, torpaqsız Sovet Ermənistanının məhz bu cür Azərbaycan əraziləri hesabına yaradılmasıdır. Lakin bu azmış kimi Sovet tarixi elminin dəstəyi ilə erməni tarixşünaslığı hayların bu torpaqlardakı qədimliliyinə dair yalan və uydurmaları tirajlamağa başladı. Bunun üçün bu qondarma torpaqların hay-çar sülalələri uyduruldu, “Şərqi Ermənistan”ın Rusiyaya xəyali birləşməsi aspektində Kürəkçay müqaviləsinin müddəaları təhrif olunmağa başlandı, Qafqaz Albaniyasının tarixi, bu torpaqların əzəli sakinləri olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəni irsi, ümumiyyətlə hay-ermənilərin bu ərazilərdə avtoxtonluğunu “sübut” edə biləcək hər bir şey saxtalaşdırılaraq mənimsənilməyə məruz qaldı”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir