Modern.az

SOCAR vitse-prezidentinin müşaviri niyə işdən çıxarıldı? - Rəsmi CAVAB  

SOCAR vitse-prezidentinin müşaviri niyə işdən çıxarıldı? - Rəsmi CAVAB   

20 Aprel 2018, 12:18

2017-ci ilin dekabrında SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədovun müşaviri təyin edilən keçmiş mətbuat katibi Nizaməddin Quliyev vəzifəsindən azad edilib.
 

Bəzi KİV-lərdə N.Quliyevin işdən azad olmasına səbəbi kimi qurumla bağlı kimlərləsə məxfi yazışması olduğu göstərilib...


Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq, N.Quliyevin işdən çıxarılmasını təsdiqləyib:

“Nizaməddin Quliyev ərizə yazaraq işdən ayrılıb”.
 

Xatırladaq ki, ötən il SOCAR-da mətbuatla əlaqələrin qurulması vahid strukturda birləşdirilərək optimallaşdırılıb.

Belə ki, qurumun mətbuat katibi Nizaməddin Quliyev vəzifəsindən azad edilərək, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədovun müşaviri təyin edilib. 

SOCAR-ın yeni yaradılan İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəisi vəzifəsinə Rüfət Zamanov, onun müavini vəzifəsinə isə İbrahim Əhmədov təyinat alıb. 

R.Zamanov buna qədər SOCAR-ın Protokol idarəsinin rəisi vəzifəsində çalışıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu