Modern.az

Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya - FOTOLAR

Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya - FOTOLAR

Aktual

20 Aprel 2018, 12:47

Məlumdur ki , hər il ölkəmizdə  15 Aprel  Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anım günü və 28 Aprel isə doğum günü kimi qeyd edilir.

 

Akademik Zərifə xanım Əliyeva respublikamızda oftalmologiya elminin inkişafına mühüm töhfələr verib, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə yeni həkimlər nəslinin yetişməsində müstəsna xidmətlərə malik olmuş, xeyirxah və humanist əməllərlə yaddaşlarda unudulmaz xatirələrlə qalıb.

 

YAP Nəsimi rayon təşkilatı tərəfindən ənənəvi olaraq, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə  həsr olunmuş silsilə tədbirlər həyata keçirilir.

 

Silsilə tədbirlər çərçivəsində YAP Nəsimi rayon təşkilatının bir qrup fəalları Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbini ziyarət ediblər. Belə ki, Partiyanın bir qrup fəalları 19 Apreldə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbini ziyarət ediblər.  

20 Apreldə isə Qanvermə aksiyası keçiriblər. Aksiya Azərbaycan Səhiyyə Nazirliyinin Ə. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunda keçirilib.

 

Aksiyada 150 nəfərdən çox könüllü iştirak edib.

 

     

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı