Modern.az

Əsəd Fransanın ali ordenini geri qaytardı

Əsəd Fransanın ali ordenini geri qaytardı

20 Aprel 2018, 13:03

ABŞ, Fransa və İngiltərənin Suriyaya qarşı son həmlələrindən sonra Bəşər Əsəd Fransanın ona təqdim etdiyi şərəf nişanını geri qaytarıb.

 

Modern.az xarici KİV-ə əsasən xəbər verir ki, Fransa son günlərdə Bəşər Əsəddən Şərəf Nişanını geri alacağını bildirmişdi. Əsəd öz istəyi ilə ordeni geri qaytarıb. Əsəd açıqlmasında bunları deyib: “ABŞ-ın köləsi olan bir ölkənin şərəf ordenini istəmirəm!”

 

Xatırladaq ki, Fransanın sabiq prezidenti Jak Şirak 2001-ci ildə Əsədə Şərəf Nişanını təqdim etmişdi. Fransanın ən yüksək səviyyəli ordeni hesab olunur. Məlumatda qeyd edilir ki, Əsəd Ruminiya səfirliyi vasitəsilə ordeni geri qaytarıb.

 

Açıqlamada qeyd olunub:“Terroristləri dəstəkləyən ABŞ-ın davamçısı və köləsi olan ölkəyə aid ordeni taxmaq prezident Bəşər Əsəd üçün bir şərəf deyil”.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır