Modern.az

Rusiya rəsmən “Noviçok” istehsalına başladı

Rusiya rəsmən “Noviçok” istehsalına başladı

Aktual

20 Aprel 2018, 13:08

Bu gün səhər saatlarından etibarən Rusiyanın xəbər portalları bir xəbəri gündəmə gətiriblər. İlk baxışdan adi bir xəbər sosial şəbəkələrdə populyarlar sırasındadır.

 

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, Ulyanovskda sahibkarlardan biri “Noviçok” adlı günəbaxan yağının istehsalına başlayıb. Yağın şüşəsinin üzərində yazılana inansaq, bu məhsulun “xüsusi tamı” var.

Xatırladaq ki, bir müddət öncə Böyük Britaniyada zəhərlənmiş Sergey Skripalın məhz “Noviçok” adlı zəhərli maddənin qurbanı olduğu deyilirdi.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!