22 avqust 2018, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - Bilik Fondu paytaxtda və bölgələrdə silsilə mühazirələr təşkil etdi
Bilik Fondu paytaxtda və bölgələrdə silsilə mühazirələr təşkil etdi
20.04.2018, 18:17

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə paytaxtda və bölgələrdə silsilə maarifləndirici tədbirlər davam edir.

 

Aprelin 18-də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində “Bakı Dövlət Universiteti 100 ilin astanasında: tarixi ənənənlər və müasirlik” mövzusunda mühazirə söyləyib.

Mühazirəçi BDU-nun tarixindən və bu günündən söz açaraq, bu ali təhsil ocağının Azərbaycanda elmi və intellektual cəmiyyətin formalaşması işində müstəsna xidmətlərindən danışıb. 

 

Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elçin Zeynalov, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin müdiri Ofeliya Qəhrəmanova, Azərbaycan Pedaqoji Universitetinin Cəlilabad filialının müəllimi Tofiq İsgəndərov və Bakı Dövlət Universitetini müxtəlif vaxtlarda bitirmiş məzunlar iştirak ediblər.

Fondun Beynəlxalq layihələr sektorunun baş məsləhətçisi Almaz Axundova təmsil etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verib.

Növbəti gün Masallı rayon Heydər Əliyev Mərkəzində “Cümhuriyyət dövrü və mətbuat” mövzusunda mühazirə təşkil olunub. S.Əliyeva Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuatın milli məfkurənin formalaşmasında aparıcı rol oynadığını vurğulayıb.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Bilik Fondunun Masallı rayonu üzrə nümayəndəsi, “Dəfinə” məktəb liseyin direktoru Taleh Əkbərov, Masallı Rayon Təhsil Şöbəsinin metodisti Əyyar Burhanov, təhsil meneceri Şəhriyar Məmmədov, yerli sakinlər iştirak ediblər.

 

Növbəti gün Masallı Peşə Məktəbində Sevinc Əliyevanın “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirəsi keçirilib.   

Aprelin 20-də Bilik Fondu və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan tədbir keçirilib.

Bilik Fondunun Abşeron rayonu üzrə nümayəndəsi Teyyubə Hüseynova Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açaraq, Ümummilli liderin çoxşaxəli fəaliyyətindən söz açıb.

Fondun mətbuat katibi Ceyhun Musayev Ulu öndərin 95 illiyi münasibətilə təmsil etdiyi qurumun təşkilatçılığı ilə keçirilən tədbirlərdən söz açıb.

Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli "Heydər Əliyev və Azərbaycan mətbuatı" mövzusunda mühazirə ilə çıxış edib. A.Məmmədli Ümummilli liderin Azərbaycan mətbuatına münasibəti, medianın inkişafındakı xidmətləri, jurnalistikaya və jurnalistlərə verdiyi dəstək barədə danışıb.

Qeyd edilib ki, müstəqillik illərində Azərbaycan mətbuatının formalaşması, mükəmməl qanunvericilik bazasının yaradılması görkəmli dövlət xadiminin adı ilə bağlıdır. Ulu öndərin ölkəyə rəhbərliyi dövründə MDB məkanında ilk dəfə Azərbaycanda senzura ləğv olunub, mətbuata dövlət dəstəyinin əsası qoyulub.

 

Mühazirəçi tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Aprelin 20-də Bilik Fondunun “Cümhuriyyətimiz-qürurumuzdur” layihəsi çərçivəsində Bakı şəhəri Səbail rayonu 6 nömrəli tam orta məktəbdə Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Yeganə İsmayılovanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ədəbiyyatı” mövzusunda mühazirəsi keçirilib. Mühazirədə məktəbin müəllim və şagird kollektivi iştirak edib.  

Cümhuriyyət dövrünün ədəbi prosesə istiqamət verən görkəmli ədibləri barədə iştirakçılara məlumat verən Y.İsmayılova o dövrdə əsas mövzunun vətənpərvərlik, doğma yurdun istiqlalının tərənnümü ilə bağlı olduğunu deyib. Professor konkret ədəbi nümunələrlə cümhuriyyət dövrünün ədəbi mənzərəsini məktəblilərə əhatəli şəkildə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Cümhuriyyət tarixinə həsr olunan maarifləndirici tədbirləri davam etməkdədir.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Almaniya “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında maraqlıdır   
21.08.2018, 23:55

Almaniya “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında maraqlıdır  

Azərbaycan filmi xaricdə növbəti kuboku qazandı
21.08.2018, 23:46

Azərbaycan filmi xaricdə növbəti kuboku qazandı

İki PKK terrorçusu zərərsizləşdirilib
21.08.2018, 23:41

İki PKK terrorçusu zərərsizləşdirilib

Azərbaycan nefti bahalaşıb
21.08.2018, 23:19

Azərbaycan nefti bahalaşıb

Metronun “Xətai” stansiyası bağlanır - SƏBƏB
21.08.2018, 23:06

Metronun “Xətai” stansiyası bağlanır - SƏBƏB

Mingəçevirdə yaşayış binası yandı
21.08.2018, 22:50

Mingəçevirdə yaşayış binası yandı

Zəlzələ İranı silkələdi
21.08.2018, 22:34

Zəlzələ İranı silkələdi

AFFA-dan Qarabağda Avropa çempionatının keçirilməsinə etiraz   
21.08.2018, 22:17

AFFA-dan Qarabağda Avropa çempionatının keçirilməsinə etiraz  

Dünyada ən ucuz mobil rabitə
21.08.2018, 22:06

Dünyada ən ucuz mobil rabitə

Azərbaycanlı nazirin pulları həbsdə qaldı
21.08.2018, 21:48

Azərbaycanlı nazirin pulları həbsdə qaldı

Hüquq müdafiəçisi olan qadının başını kəsdilər
21.08.2018, 21:36

Hüquq müdafiəçisi olan qadının başını kəsdilər

Bu müəllimlər işə qəbil edildi - RƏSMİ
21.08.2018, 21:22

Bu müəllimlər işə qəbil edildi - RƏSMİ

Ölkədəki qoyunların sayı açıqlandı
21.08.2018, 21:13

Ölkədəki qoyunların sayı açıqlandı

Qurban bayramında aztəminatlı ailələri sevindirin - Gənc müəllimdən xeyirxah addım
21.08.2018, 21:00

Qurban bayramında aztəminatlı ailələri sevindirin - Gənc müəllimdən xeyirxah addım

Azərbaycanla Belarus hərbi əməkdaşlığı müzakirə edilib
21.08.2018, 20:57

Azərbaycanla Belarus hərbi əməkdaşlığı müzakirə edilib

Azərbaycana 191 ölkədən gələnlər var
21.08.2018, 20:43

Azərbaycana 191 ölkədən gələnlər var

Sumqayıtda oğul 82 yaşlı atasını döydü
21.08.2018, 20:28

Sumqayıtda oğul 82 yaşlı atasını döydü

Dövlət Yol Polisindən XƏBƏRDARLIQ
21.08.2018, 20:14

Dövlət Yol Polisindən XƏBƏRDARLIQ

Qazax sakini intihara cəhd etdi
21.08.2018, 20:01

Qazax sakini intihara cəhd etdi

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb
21.08.2018, 19:51

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb

Mərkəzi Bank dolların məzənnəsi barədə
21.08.2018, 19:41

Mərkəzi Bank dolların məzənnəsi barədə

İsveçdə qırıcı təyyarə quşlarla toqquşduqdan sonra qəzaya uğrayıb
21.08.2018, 19:33

İsveçdə qırıcı təyyarə quşlarla toqquşduqdan sonra qəzaya uğrayıb

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub - xəsarət alanlar var
21.08.2018, 19:24

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub - xəsarət alanlar var

Naxçıvan Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib
21.08.2018, 19:14

Naxçıvan Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib

İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb - 31 faiz
21.08.2018, 19:04

İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb - 31 faiz

Almaniyadakı soydaşlarımız Angela Merkelə müraciət etdi - Qarabağ münaqişəsi ilə bağlı
21.08.2018, 18:54

Almaniyadakı soydaşlarımız Angela Merkelə müraciət etdi - Qarabağ münaqişəsi ilə bağlı

Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra
21.08.2018, 18:40

Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra

Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək
21.08.2018, 18:30

Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək

İlin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlanıb
21.08.2018, 18:20

İlin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Məhərrəm ayının başlama vaxtı açıqlandı
21.08.2018, 18:10

Məhərrəm ayının başlama vaxtı açıqlandı

Nəticələr AÇIQLANDI - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu
21.08.2018, 17:56

Nəticələr AÇIQLANDI - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu

Prezident Qusarda yol tikintisinə 4,1 milyon manat ayırıb
21.08.2018, 17:50

Prezident Qusarda yol tikintisinə 4,1 milyon manat ayırıb

Lavrov sanksiyalardan danışdı
21.08.2018, 17:40

Lavrov sanksiyalardan danışdı

Komitə sədri: “Gənclərlə bağlı qanunvericilikdə ciddi dəyişiklikləri vacib sayırıq” – MÜSAHİBƏ
21.08.2018, 17:35

Komitə sədri: “Gənclərlə bağlı qanunvericilikdə ciddi dəyişiklikləri vacib sayırıq” – MÜSAHİBƏ

Nazir rektorla görüşdü
21.08.2018, 17:24

Nazir rektorla görüşdü

ARXİV