Modern.az

Bakıda metronun elektrik deposundan əl qumbarası tapıldı

Bakıda metronun elektrik deposundan əl qumbarası tapıldı

20 Aprel 2018, 18:42

Bu gün saat 12:39-da Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və saat 12:54-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhərinin Nərimanov rayonu ərazisində əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

 

ANAMA-dan virtualaz.org-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri ərazidə “Bakı Metropoliteni” QSC-nin N. Nərimanov adına Elektrik deposunun ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır