Modern.az

Pambıqçılıqda yeni preparatdan isitfadə olunacaq

Pambıqçılıqda yeni preparatdan isitfadə olunacaq

20 Aprel 2018, 18:39

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən respublikamızda pambıqçılıqla məşğul olan sahibkarların və fermerlərin maarifləndirilməsi, alaq otlarına qarşı istifadə olunan herbisidlərdən səmərəli, düzgün və vaxtında istifadə olunmasını təmin etmək məqsədi ilə 13 aprel 2018-ci il tarixdə başlayan təlimlər bu dəfə Kürdəmir rayonunda davam edib.

 

Təlimlərdə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, Respublika Bitki Mühafizəsi Mərkəzinin, rayon bitki mühafizəsi mərkəzlərinin, rayon kənd təsərrüfatı idarələrinin, rayon aqroservis mərkəzlərinin mütəxəssisləri və mexanizatotları, kənd təsərrüfatı idarələrinin nəzdində fəaliyyət göstərən MMC-lərin mütəxəssisləri, pambıq əkini üçün müqavilə imzalamış fermer və sahibkarlar, eləcə də pestisid istehsalı ilə məşğul olan “Avqust”  firmasının Azərbaycandakı rəsmi distrübüteri və mütəxəssisi İbadulla Qurbanov iştirak ediblər.

 

Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən fermer və mexanizatorlara səpindən əvvəl alaq otlarına qarşı istifadə olunan QAMBİT (prometrin, 500 q/l) preparatının  üstünlükləri, eləcə də geniş spektrdə birillik ikiləpəli və dənli taxıl bitkiləri fəsiləsindən olan alaq otlarının nəzarətdə  saxlanılması, tətbiq müddətinin (əkindən əvvəl, əkin zamanı və ya bitkinin cücərməsindən əvvəl) seçim imkanının olması, sürətli herbisit effekti, uzunmüddətli qoruma təsiri, becərilən bitkilərə qarşı yüksək seçiçilik, növbəli əkin zamanı gələcək məhsullara sonrakı təsirinin olmaması və istifadəsi rahat olan maye preparativ forması barədə məlumat verilib, həmçinin gələcəkdə pambıq sahələrinin xəstəlik və ziyanvericilərdən mühafizəsində qeyd olunan çatışmamazlıqların aradan qaldırılması yolları əyani şəkildə göstərilib.   

 

Təlimdə Ağsu, Zərdab, Yevlax, Ucar, Ağdaş və Bərdə rayonlarından olan mütəxəssislər və pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyətçiləri iştirak ediblər.  

Qeyd edək ki, bitki mühafizə tədbirlərinin aparılmasına dair təlimlər mütamadi olaraq digər rayonlarda da davam etdiriləcək.

 

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər