Modern.az

Dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında yer alan azərbaycanlıının ad günüdür

Dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında yer alan azərbaycanlıının ad günüdür

14 Avqust 2011, 09:52

Bu gün dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında yer alan azərbaycanlıdan biri  - dünya şöhrətli xanəndə Alim Qasımovun ad günüdür. Məşhur ifaçı 54 yaşını tamam edir.

Alim Həmzə oğlu Qasımov 14 avqust 1957-ci ildə anadan olub. Valideyinləri onun musiqiyə və xususilə muğama qarşı olan istedadını uşaqlıqdan biliblər, ancaq ona musiqi təhsili verməyə imkanları olmayıb. Əllərindən bir tək şey gəlirdi, ona dəf düzəltmək. Bunun üçün atası bir keçi kəsmişdi. Və onun dərisindən Alim üçün dəf düzəldilir. Bu dəf Alimin birinci musiqi alətiydi və bununla birlikdə o, gözəl və hamıdan fərqlənən səsə sahib idi.

1978-1982-ci illərdə Asəf Zeynallı adına musiqi məktəbində, 1982-1989-cu illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

25 yaşında Alim həyatında birinci muğam müsabiqəsində müvəffəqiyət qazanıb. 1988-ci ildə beynəlxalq Səmərqənd festivalının birinci mükafatını qazanıb. 1988-ci ildən başlayaraq, muğam sənətini dünyada təmsil etməyə başlayıb. Yaradıcı bioqrafiyası Amerika, Fransa, Almaniya, İsveçrə, Hollandiya, İran və s. ölkələrdə qatıldığı festivallar, verdiyi konsertlərlə zəngindir.1999-cu il noyabrın 19-da Almaniyanın Aaxen şəhərində A.Qasımov YUNESKO-nun beynəlxalq musiqi mükafatı ilə təltif edilib.

1999-cu Avropada çox məşhur olan  "Dərin okean məhəbbəti" diskinin və A.Qasımov haqqında YUNESKO-nun çəkdiyi sənədli filmin təqdimatı baş tutub.

1993-cü ildə Azərbaycan Xalq Artisti adına layiq görülüb. Həmin il Parisdə, 1994-cü ildə Hyustonda A.Qasımov musiqi medalıyla təltif edilib. 1989 – 2001- ci illər ərzində Avropada A.Qasımovun 10-dan artıq diski çıxıb. 2001-ci ildə beynəlxalq Səmərqənd festivalının birinci mükafatını alıb.
A.Qasımovla bağlı daha bir sənədli film və yeni diskin Amerikada təqdimatı keçirilib.

Hazırda məşhur violançelist YoYo Manın təşkil elədiyi və  dünyanın ən məşhur konsert salonlarını  dolaşan "Böyük İpək yolu" layihəsinin iştirakçısı və dünya musiqiçilərindən yığılmış "İpək yolu" ansamblının üzvüdür.

1989 – cu ildən Azərbaycan Dövlət Opera teatrının solistidir. Opera səhnəsində Məcnun, Aşıq Qərib kimi  rolları ifa edib. H. Əliyev adına Sarayda və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında onlarla solo konsert verib.

1999-cu ildə o, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını alıb.

Asəf Zeynallı adına musiqi məktəbinin müəllimidir, dosentdir.

Muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, İran və ABŞ kimi ölkələrdə konsertlərlə çıxış edən sənətçi, bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, Azərbaycan mədəniyyətinin dünyaya yayılması üçün böyük bir rol olnayır.

A.Qasımov fərqli nominasiyaya layiq görülüb. O, Amerikanın məşhur Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir