Modern.az

Deputatlar NATO PA-nın 97-ci “Rouz-Rout” seminarında çıxış edəcək 

Deputatlar NATO PA-nın 97-ci “Rouz-Rout” seminarında çıxış edəcək 

21 Aprel 2018, 09:37

Aprelin 23-dən 25-dək Gürcüstanın Batumi şəhərində NATO Parlament Assambleyasının 97-ci “Rouz-Rout” seminarı keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, tədbirdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edəcəklər.

 

Seminarda Yeni geosiyasi şəraitdə Gürcüstan və Qara dəniz regionu, Qara dəniz bölgəsində təhlükəsizlik və avro-atlantik inteqrasiya, Rusiyanın inkişaf strategiyasının Cənubi Qafqazda və daha geniş Qara dəniz bölgəsində təhlükəsizlik vəziyyətinə təsiri, Gürcüstandakı islahatlar və demokratiya, Gürcüstanın vətəndaş cəmiyyətində dəyərlər və dayanıqlılıq, Parlament demokratiyasına keçid və digər regional məsələlər barədə məruzələr dinləniləcək, mövzular ətrafında müzakirələr aparılacaq.

 

Tədbirdə Milli Məclisin deputatları çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir