Modern.az

Ələmdar Cabbarlının imza günü keçirildi

Ələmdar Cabbarlının imza günü keçirildi

21 Aprel 2018, 10:42

Bakı Dövlət Universitetində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin  təşkilatçılığı ilə Ələmdar Cabbarlının “Qızıl” (povest və hekayələr) kitabının imza günü keçirilib.

 

Tədbiri açan – rektorluğun nümayənəsi dosent Daşqın Qənbərov müəllifi və mərasimə qatılanları BDU rəhbərliyi adından salamlayıb. O, bildirib ki, Universitetdə hər zaman qaynar ədəbi mühit olub, bir sıra görkəmli şair və yazıçılar bu elm ocağında fəaliyyət göstəriblər.

 

Tədbirin aparıcısı - İctimai Televiziyanın əməkdaşı Orxan Cabbarlı yeni kitabın məziyyətlərindən bəhs edib. Sonra professor Cahangir Məmmədli, professor Şahlar Əsgərov, tənqidçi Əsəd Cahangir, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, AYB Moskva bölməsinin katibi Nəsib Nəbioğlu, şairlədən Ayaz Arabaçı, Adil Cəmil, Knyaz Aslan, Əvəz Qurbanlı, tanınmış publisist Mahir Qabiloğlu və başqaları “Qızl” kitabı haqqında fikirlərini bölüşüblər.

 

Mərasimdə Ələmdar Cabbarlıya “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti adından diplomlar verilib.

 

Qeyd edək ki, Ələmdar Cabbarlı Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosentidir.

 

“Qızıl” müəllifin sayca onuncu kitabıdır. Kitab “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin “Gənc yazarların təbliği” layihəsi üzrə nəşr olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir