Modern.az

Bakıda spirtli içkiləri oğurlayan TUTULDU

Bakıda spirtli içkiləri oğurlayan TUTULDU

21 Aprel 2018, 12:16

Mühafizə polisi əməkdaşlarının operativliyi və  ayıq-sayıqlığı nətisəsində oğurluğa cəhd edən daha bir şəxs cinayət başında yaxalanıb.  

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Belə ki, aprelin 20-də axşam radələrində Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları Zabrat-1 qəsəbəsinin Babək küçəsində yerləşən “Ayxan” marketdən Mərkəzləşdirilmiş Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, obyektdən ümumi dəyəri 103 manatlıq spirtli içkiləri oğurlayıb qaçmaq istəyən bir nəfəri yaxalayıblar.

 

Polis əməkdaşları tərəfindən saxlanılan həmin şəxs maddi sübutla birlikdə aidiyyatı üzrə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə təhvil veriblər.

 

Bölmədə aparılan araşdırmalarla onun əvvəllər məhkum edilmiş, paytaxtın  Binəqədi rayonunda yaşayan Anar Aslanov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır