Modern.az

Faktiki hava – Azərbaycanda 12 sm qar yağdı

Faktiki hava – Azərbaycanda 12 sm qar yağdı

21 Aprel 2018, 12:35

Ölkə ərazisində aprelin 20-dən 21-i səhərədək hava şəraiti qeyri-sabit olub, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-10, Kiçik Qafqazda 12-36, Mərkəzi-Aran rayonlarında 1-10, Böyük Qafqazda 1-8, Qazax-Gəncə zonasında 1-11, Naxçıvan MR-da 1-4, Lənkəran-Astara zonasında 1 mm təşkil edib. 

Qar örtüyünün hündürlüyü Qırızda 12, Xınalıqda 10, Dəstəfürçay Qaraqollarda (Daşkəsən), Gəncəçay-Alaxançallıda (Daşkəsən) və Şahdağda 5 sm olub.

Xançallıda (Daşkəsən) və Şahdağda 5 sm olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir