18 yanvar 2019, Cümə
Ana Səhifə - QARABAĞ - Vətəni ailədən öndə tutan QƏHRƏMAN - Kişilik NÜMUNƏSİ
Vətəni ailədən öndə tutan QƏHRƏMAN - Kişilik NÜMUNƏSİ +
22.04.2018, 09:09

Çiyinlərdə tabutun al-qırmızı geyərmi?
Haqq divanı varsa da, sorğu-sual nə gərək?
Şirin can bu torpağın qarışına dəyərmi?!
Ölüm eşqi müqəddəs, ölümünüz mübarək!!!
Akif Əhmədgil


Bu gün, çətin şəraitdə göstərdiyi şücaətli əməlləriyə bəşəriyyətin fövqündə duran, qəhrəmanlıq, şəhidlik salnaməmizdə şərəfli səhifələr yaradan Allahverdi Bağırovun doğum günüdür. “Qarabağın aslanı”, “Qartal qamətli qəhrəman”,  bacısı Almaz xanımın dili ilə desək, “oğulluq, kişilik rəmzi” Allahverdi Bağırov 1946-cı ilin məhz bu günündə - aprelin 22-də Ağdamda dünyaya gəlib. Beş qızdan sonra doğulduğuna görə adını Allahın payı mənasında Allahverdi qoyublar, bu, həm də onun babasının adı olub. Bacısı Sveta xanımın dediyinə görə, Allahverdi dünyaya gələn gün nənəsi evin qapısından, dizi üstə ta həyətin çıxışınadək torpağı öpüb. Nəvəsinin qədəmlərini öpən nənə hələ bilmirdi ki, gün gələcək  o qədəmləri bir el öpəcək. Kim bilir bəlkə də ona əyan olmuşdu, bəlkə də elə dünyagörmüş nənənin ürəyinə dammışdı nəvəsinin qəhrəman taleyi ?..


Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alan Allahverdi hələ məktəb illərindən cəsarətli, qorxmaz, mərd, haqsızlığa etiraz edən xasiyyətiylə fərqlənib. İlk gənclik dövründə  yüngül atletika və daha sonra isə futbola böyük maraq göstərib. 5 N-li formada Ağdamın “Qarabağ” klubunun şərəfini qoruyub. 1976-cı ildə, 20 yaşında ikən klubun baş məşqçisi təyin olunub və həmin ildə keçirilmiş Ümumittifaq birinciliyində rəhbərlik etdiyi doğma komandası 4-cü yerə layiq görülüb.
1991-ci ildə “Qarabağ” və “Neftçi” veteranları arasında keçirilən və 1:1 hesabı ilə başa çatan oyunda yeganə qola da məhz özü imza atıb. Həm komanda yoldaşı və eyni zamanda döyüş yoldaşı olmuş Zahid Qarayev deyirdi ki, -“Məşqçi olduğu dönəmdə çox həssas idi, oyunçuları bir-bir yoxlayardı, hamı ilə tək-tək maraqlanardı”. 
Vaxt gələcək onun bu həssaslığı komandir xasiyyətinə də yansıyacaqdı. Futbol karyerasını kim bilir necə  müvəffəqiyyətlə davam etdirəcəkdi, amma Qarabağda yaranan vəziyyət onun vətənpərvər ruhunu döyüş meydanından kənarda saxlaya bilmədi.

Döyüş yoldaşı olmuş Zahid Qarayev :

“Onun hər şeyi vardı, heç nəyə ehtiyacı yox idi, amma o hər şeyini atıb vətənini tutdu” .


Allahverdi Bağırov öncə ağdamlıların maddi dəstəyi və öz şəxsi vəsaiti ilə Qarabağın kəndlərində yaradılmış kiçik özünümüdafiə batalyonlarına yaxından köməklik göstərib. 1991-ci il 1 oktyabrda özünün və qardaşı Eldar Bağırovun komandirliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissəsi yaradılır. Bu həm də “Ağdam özünümüdafiə taboru” idi. 760 nəfərlik bu batalyon “Vətən oğulları” adlanırdı. Qardaşı Eldar  öldürüldükdən sonra batalyona Allahverdi rəhbərlik edirdi.
1992-ci ilin yanvarında Allahverdi Bağırovun rəhbərlik etdiyi tabor Naxçıvanlı kəndini işğalçılardan tam təmizləyir və 150 nəfərlə Əsgərana daxil olur. Pircamal kəndindəki bütün yüksəkliklər tutulur. Erməni bayraqları Azərbaycan bayraqları ilə əvəz edilir. Bu əməliyyatı həyata keçirmək üçün Allahverdi Bağırov və silahdaşlarına cəmi 2 saat vaxt lazım olmuşdu. Bu döyüşdən sonra Allahverdi Bağırov “General Məhəmməd Əsədov Mükafatı”na layiq görüldü. Ən böyük hərbi  uğurlarından biri də Aranzəmin kəndi üzərindəki döyüşlərdə olub. Hər nə qədər zəhmli, ciddi xasiyyətli komandir olsa da, əsgərlərinə qarşı uşaq kimi kövrək, ürəyiyumşaq olub.

Döyüş yoldaşı Zahid Qarayev:

“Komandir olsa da, özünü heç vaxt əsgərlərdən ayırmazdı, əsgər nə yesə, o da ondan yeyərdi. Bir dəfə də bizim xətrimizə dəymədi, döyüşə həmişə ən qabaqda oxuya- oxuya, gülə-gülə gedərdi. Hərbi hissədə olduğu vaxtlarda çox ciddi olardı, əsgər onun yanında danışa bilməzdi, amma digəl, əsgərdən ötrü canını verərdi, əsgərlərin dırnağna belə ziyan dəyməyə razı olmazdı. Biri vurulanda, yaralananda girib otaqda ağlayardı ki, əsgərlər görməsin”.
 

1992-ci il 14 iyununda təcili iş üçün Ağdama  çağırılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanlı (keçmiş Naxçıvanik) kəndindən geri qayıdarkən minaya düşür. Allahverdi Bağırov sürücüsü ilə birlikdə həlak olur. Ağdam rayon Şəhidlər Xiyabanında qardaşı Eldar Bağırovun yanında dəfn edilir.  Döyüşlərdə göstərdiyi şücaətə və Ağdamın müdafiəsindəki misilsiz qəhrəmanlığına görə, ölümündən sonra  - 1993-cü ildə ona “Azərbaycanın Milli Qəhərmanı” fəxri adı və 1998-ci ildə “Qızıl Ulduz” mükafatı verilib.


Allahverdi Bağırov sağ ikən deyirdi:

“Ermənilər ancaq, mənim meyitimin üstündən keçib Ağdama girə bilərlər. Kim hara gedir getsin, mən Ağdamda qalacağam!”.

Doğrudan da Allahverdi Bağırov yaşadığı müddətcə ermənilər Ağdamı tuta bilmədilər. Şirin Mirzəyev, Yaqub Rzayev, Fred Asif (Asif Məhərrəmov) və Allahverdi Bağırov Ağdamın əyilməz sütunları idi. Çünki bu qəhərmanların Qarabağın müdafiəsində misilsiz xidmətləri olub.
Allahverdi Bağırovdan danışırıqsa, Xocalı faciəsidən bəhs etməyə bilmərik. Çünki Allahverdinin Xocalı faciəsi zamanı göstərdiyi xidmətlər ölçüyə gəlməzdir. Məhz onun səyi nəticəsində Seyidağa Mövsümlü  Xocalıdakı dəhşətləri lentə ala bilmişdi.

“ Ermənilər çəklişə icazə verməyəndə o, bir kəlmə dedi: - Bu yoldaş işini görəcək!!!” -  S.Mövsümlü.


Bu gün bütün mənbələrdə 1003 nəfər qeyd olunur, amma o, 3 gün ərzində 1526 nəfər Xocalı əsir-girovunu Azərbaycana qaytarmışdı. Əsir-girovların və meyitlərin dəyişdirilməsində, meyitlərin meşədən toplanıb Ağdama gətirilməsində bu gün dəyərini heç nəylə ölçə bilməyəcəyimiz qədər xidmətlər göstərib. Xocalı faciəsi onun təkcə kövrək qəlbini deyil, həm də əyilməz kişi vüqarını da incitmişdi.

Bacısı Almaz xanım:

“Xocalı faciəsindən sonra hər gün gecə yarıyadək hərbi hissədə olurdu, girovların dəyişdirilməsi üçün danışıqlar aparır, meyitləri toplamaq üçün əsgərlərlə meşədə axtarış aparırdı. Elə dəhşətli səhnələr görmüşdü ki, evə gələn kimi deyirdi, işığı keçirin. Gördüklərindən sonra bizim üzümüzə baxa bilmirdi”.

Qızı sonuncu dəfə atasının boynuna sarılıb ondan qalmağını istəyəndə qardaşının xatirəsinə saxladığı saqqalından bir tük qoparıb qızına uzadaraq demişdi ki, “nə vaxt darıxsan bu tükü yandır, mən gələcəm”.

Amma gəlmədi ...

 
Atasının bu şirin nağılına inanan balaca qızcığaz kim bilir o tükü yandırıb nə qədər gözləmişdi. Axı, onda hələ nağıllara inanan yaşdaydı, o, hələ bilmirdi nə boyda böyük qəhrəmanın qızıdır. Hələ bilmirdi ki, atası onun arzusuyla yandırdığı tükün çağırışına gəlmək üçün yox, imdad diləyən əsirlərin, düşmən əlində inləyən vətənin harayına yetişmək üçün doğulub. Çünki Allahverdi adi biri deyildi, sıradan oğul deyildi, o,  vətən sevgisini şəxsi mənafeyindən, karyerasından, hətta ailəsindən də üstün tutmuş, bəlkə də bu dünyaya tayı-bərabəri gəlməyəcək Qəhrəman idi.

           
Yaşasaydı 72 yaşı tamam olacaqdı, yaşasaydı indi veteran futbolçu və məşqçi kimi tarix yazacaqdı, baxmayaraq ki, qəhrəman Allahverdi Bağırovun yazdığı tarix qat-qat dəyərlidir, yaşasaydı indi ətrafında nəvələri oynayan baba olacaqdı, yaşasaydı yeddi bacının qürur mənbəyi qardaşları olacaqdı, yaşasaydı qızlarının saçları ata sığalına həsrət qalmayacaqdı, yaşasaydı həyat yoldaşının ömrünü birgə yaşadıqları onillik həyatın xatirələri deyil, özü işıqlandıracaqdı. Yaşasaydı bacısı Sveta xanım da bu sözləri deməyəcəkdi:


“Bu gün də mən əsgər paltarı görəndə baxa bilmirəm.Əsgər mənim yanımdan keçəndə mən onun paltarına əlimi sürtməsəm, elə bilərəm ki, yanaram, tökülərəm. Əlimi əsgər paltarına sürtməliyəm, çünki mənim qardaşlarımın hər ikisinin də həlak olanda əynində əsgər paltarı vardı”.

Yaşasaydı...  Əslində yaşayır, həmişə də yaşayacaq. Cismən aramızda olmasan da həmişə qəlbimizdəsən, ürəklərdə əbədi qalacaqsan əbədi qəhrəmanımız. Yaşatmaq üçün doğulanlar yaşamağa layiqdir. Ruhun şad olsun igid Komandir! Baxmayaraq, məzarını düşmən tapdağında qoymuşuq, qanınızın qisasını düşməndən almamışıq, üzünüzə baxacaq üzümüz də yoxdur. Amma sən ucaldığın məkanda rahat uyu...


Dünya Muradova


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi
18.01.2019, 16:07

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Yaqub Mahmudov: “Fəxr edirəm ki, Bakı Dövlət Universitetinin tarixi adının qaytarılmasına nail oldum”
18.01.2019, 16:02

Yaqub Mahmudov: “Fəxr edirəm ki, Bakı Dövlət Universitetinin tarixi adının qaytarılmasına nail oldum”

O günlərin ağrıları
18.01.2019, 15:55

O günlərin ağrıları

Bakcell və Hesab.az avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019, 15:55

Bakcell və Hesab.az avtomatik ödəniş funksiyasını təqdim edib

Mübahisəli bəndlər qalmaqallı sənəddən çıxarıldı
18.01.2019, 15:46

Mübahisəli bəndlər qalmaqallı sənəddən çıxarıldı

20 Yanvar günü Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq
18.01.2019, 15:39

20 Yanvar günü Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

Orqan transplantasiyası haqda yeni sənəd HAZIRLANIR
18.01.2019, 15:37

Orqan transplantasiyası haqda yeni sənəd HAZIRLANIR

Komitə sədrindən ÇAĞIRIŞ: “Bunun ikinci yolu yoxdur”
18.01.2019, 15:25

Komitə sədrindən ÇAĞIRIŞ: “Bunun ikinci yolu yoxdur”

Bakı Nəqliyyat Agentliyi sürücü axtarır
18.01.2019, 15:22

Bakı Nəqliyyat Agentliyi sürücü axtarır

Rusiya XİN-dən Bakıya ETİRAZ
18.01.2019, 15:22

Rusiya XİN-dən Bakıya ETİRAZ

“Quş qripinə” görə aparılan monitorinq başa çatıb
18.01.2019, 15:22

“Quş qripinə” görə aparılan monitorinq başa çatıb

Təxliyə edilmiş neftçilər dənizə qaytarılır
18.01.2019, 15:19

Təxliyə edilmiş neftçilər dənizə qaytarılır

Deputat Gənclər və idman komitəsinin İşlər planını AÇIQLADI
18.01.2019, 15:19

Deputat Gənclər və idman komitəsinin İşlər planını AÇIQLADI

Diaspor Komitəsi Ukraynada azərbaycanlıların birliyini yaradır - Kiyevdə qurultay keçiriləcək   
18.01.2019, 15:10

Diaspor Komitəsi Ukraynada azərbaycanlıların birliyini yaradır - Kiyevdə qurultay keçiriləcək  

Ekologiya Nazirliyi “ifrat təhlükəli” ifadəsinə aydınlıq gətirdi
18.01.2019, 14:51

Ekologiya Nazirliyi “ifrat təhlükəli” ifadəsinə aydınlıq gətirdi

Bizimkilər - Məşhur fotoqrafın oğlu: “Jurnalist olmaq üçün jurnalistikanı oxumaq vacib deyil” - FOTOLAR  
18.01.2019, 14:50

Bizimkilər - Məşhur fotoqrafın oğlu: “Jurnalist olmaq üçün jurnalistikanı oxumaq vacib deyil” - FOTOLAR  

Növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək
18.01.2019, 14:48

Növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək

Deputatlar bu məsələlərin müzakirəsi üçün Strasburqa gedir – SİYAHI
18.01.2019, 14:39

Deputatlar bu məsələlərin müzakirəsi üçün Strasburqa gedir – SİYAHI

Avropalıların “Rədd olsun bir pors, yaşasın yarım pors!” sərsəmliyinə qahmar çıxması
18.01.2019, 14:22

Avropalıların “Rədd olsun bir pors, yaşasın yarım pors!” sərsəmliyinə qahmar çıxması

Azərbaycanda vergi müfəttişləri HƏBS OLUNDU  
18.01.2019, 14:12

Azərbaycanda vergi müfəttişləri HƏBS OLUNDU  

“Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır
18.01.2019, 14:10

“Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır

OPEC tədbirlərinin Bakıda keçirilmə vaxtı dəqiqləşdi
18.01.2019, 13:57

OPEC tədbirlərinin Bakıda keçirilmə vaxtı dəqiqləşdi

Qaradağda 17 kq-a yaxın narkotik dövriyyədən çıxarıldı 
18.01.2019, 13:55

Qaradağda 17 kq-a yaxın narkotik dövriyyədən çıxarıldı 

Sabah hava necə olacaq?
18.01.2019, 13:50

Sabah hava necə olacaq?

Nəcməddin Sadıkov: “Ermənistana fürsət verilib ki, düşünsün” - MÜSAHİBƏ
18.01.2019, 13:30

Nəcməddin Sadıkov: “Ermənistana fürsət verilib ki, düşünsün” - MÜSAHİBƏ

Polis Akademiyasında magistratura oxumaq istəyənlərin NƏZƏRİNƏ!
18.01.2019, 13:10

Polis Akademiyasında magistratura oxumaq istəyənlərin NƏZƏRİNƏ!

Azərbaycanda qızılcaya yoluxma qeydə alınıb
18.01.2019, 13:02

Azərbaycanda qızılcaya yoluxma qeydə alınıb

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı artdı
18.01.2019, 13:00

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı artdı

Arif Alışanov DANIŞDI: “Sədr kimi vəzifədən getmişəmsə, orada qala bilmərəm” - EKSKLÜZİV
18.01.2019, 12:34

Arif Alışanov DANIŞDI: “Sədr kimi vəzifədən getmişəmsə, orada qala bilmərəm” - EKSKLÜZİV

Bakı Nəqliyyat Agentliyi evakuatorları işə saldı - XƏBƏRDARLIQ
18.01.2019, 12:32

Bakı Nəqliyyat Agentliyi evakuatorları işə saldı - XƏBƏRDARLIQ

İranlı generalın Bakıdan Ermənistana verdiyi MESAJLAR
18.01.2019, 12:30

İranlı generalın Bakıdan Ermənistana verdiyi MESAJLAR

Təxirə salınan dərs günləri tətildən çıxılacaq? - RƏSMİ AÇIQLAMA
18.01.2019, 12:29

Təxirə salınan dərs günləri tətildən çıxılacaq? - RƏSMİ AÇIQLAMA

Gürcüstandakı azərbaycanlılardan “donuz qripi”nə yoluxanlar var
18.01.2019, 12:24

Gürcüstandakı azərbaycanlılardan “donuz qripi”nə yoluxanlar var

“Azərişıq” hələ də gücləndirilmiş rejimdə çalışır   
18.01.2019, 12:21

“Azərişıq” hələ də gücləndirilmiş rejimdə çalışır  

Azərbaycana 40 santimetr hündürlüyündə qar yağdı
18.01.2019, 12:20

Azərbaycana 40 santimetr hündürlüyündə qar yağdı

Ordu bölüklərində şəxsi heyətlə iş üzrə müavin vəzifələri bərpa olundu   
18.01.2019, 12:07

Ordu bölüklərində şəxsi heyətlə iş üzrə müavin vəzifələri bərpa olundu  

BMT Baş katibi Bakı ilə Yerevanın əldə etdiyi razılaşmaları alqışlayıb
18.01.2019, 12:07

BMT Baş katibi Bakı ilə Yerevanın əldə etdiyi razılaşmaları alqışlayıb

Gömrükdə qanunsuz yolla keçirilən telefon aksesuarları aşkarlanıb
18.01.2019, 12:06

Gömrükdə qanunsuz yolla keçirilən telefon aksesuarları aşkarlanıb

Təcili Yardım Xidmətinə 1900 müraciət daxil olub   
18.01.2019, 12:05

Təcili Yardım Xidmətinə 1900 müraciət daxil olub  

“Mavi ölüm” Bakıda 26 nəfəri ZƏHƏRLƏDİ
18.01.2019, 11:55

“Mavi ölüm” Bakıda 26 nəfəri ZƏHƏRLƏDİ

Ukraynadakı Azərbaycan diasporu bir araya gəldi
18.01.2019, 11:54

Ukraynadakı Azərbaycan diasporu bir araya gəldi

“Məmurların təkcə maşınlarını deyil, mənzillərini də ictimai nəzarətə götürmək lazımdır”   
18.01.2019, 11:46

“Məmurların təkcə maşınlarını deyil, mənzillərini də ictimai nəzarətə götürmək lazımdır”  

Ana böyrəyini qızına bağışladı - BAKIDA
18.01.2019, 11:46

Ana böyrəyini qızına bağışladı - BAKIDA

Milli Məclisin daxili nizamnaməsi sərtləşdi - Əleyhinə 63 səs və deputatlığa ƏLVİDA 
18.01.2019, 11:36

Milli Məclisin daxili nizamnaməsi sərtləşdi - Əleyhinə 63 səs və deputatlığa ƏLVİDA 

Dəniz özüllərində vəziyyət stabildir - RƏSMİ
18.01.2019, 11:26

Dəniz özüllərində vəziyyət stabildir - RƏSMİ

“Avropa Parlamentindəki antiAzərbaycan qüvvələrin bu cəhdi də heç bir nəticə verməyəcək”
18.01.2019, 11:14

“Avropa Parlamentindəki antiAzərbaycan qüvvələrin bu cəhdi də heç bir nəticə verməyəcək”

Kombi oğruları saxlanıldı
18.01.2019, 11:12

Kombi oğruları saxlanıldı

Rusiyada qırıcı təyyarə qəzaya uğradı
18.01.2019, 11:08

Rusiyada qırıcı təyyarə qəzaya uğradı

Külək Bakıdakı bu məktəbələrə ziyan vurdu - SİYAHI  
18.01.2019, 11:04

Külək Bakıdakı bu məktəbələrə ziyan vurdu - SİYAHI  

Sumqayıtda 2 gündə 11 nəfər dəm qazından zəhərləndi
18.01.2019, 11:03

Sumqayıtda 2 gündə 11 nəfər dəm qazından zəhərləndi

ARXİV