Modern.az

SOCAR-ın III Beynəlxalq Forumu – rəsmilər Bakıya toplandı

SOCAR-ın III Beynəlxalq Forumu – rəsmilər Bakıya toplandı

Aktual

23 Aprel 2018, 10:55

Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılğı ilə SOCAR-ın III Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya” Forumunun açılışı olub.

 

Keçən iki ilə nisbətən bu il Forumda iştirak edən ölkələrin sayında artım müşahidə olunub.

 

Ümumiyyətlə bu il Forumda iştirak etməyə Azərbaycandan 72, Rusiyadan 49, Qazaxıstandan 32, Böyük Britaniya, Almaniya, Fransa İsveçrə, İtaliya, İspaniya, Avstriya, Polşa və digər Avropa ölkələrindən 53 nəfər, BƏƏ, İran, Türkmənistan, Özbəkistan və digər Asiya ölkələrindən 18 nəfər, Kolumbiya və Sinqapurdan isə 2 nəfər neft-qaz sektoru üzrə müəssisələrin rəhbər nümayəndələri qatılıb.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bir neçə gün bundan öncə İlham Əliyevin seçkilərdə böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının prezidenti seçildiyini qeyd edib.

Forum iştirakçılarının adından bütün Azərbaycan xalqını edərək Azərbaycan Respublikasının daim çiçəklənməsini və inkişafını arzulayıb.

Daha sonra E.Qasımov İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu neft strategiyasının bütün dünyaya təbliğ olunmasında Forumun səmərəli platforma olduğunu bildirib:

 

“SOCAR-ın III Beynəlxalq Forumunda iştirak üçün dünyanın 30-a yaxın ölkəsinin neft-qaz sektorunun aparıcı müəssisələrinin rəhbər nümayəndələrindən ibarət 230-a yaxın iştirakçı qatılıb. Bu göstərici Azərbaycanın adının dünya neft sektorunda önəmli mövqedə olmasından xəbər verir”.

 

Qeyd edək ki, Forumun əsas məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticari və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsi olan Forumun ilk üç günü dünyanın 30-dək ölkəsindən olan 40-a yaxın məruzəçinin çıxışı ətrafından müəəyyən mövzuları əhatə edəcək.

 

Forumun ilk günü dünya neft emalı, neft və neft-kimya üçün texnologiyalara həsr oluncaq. Forumun sonuncu günü isə müxtəlif ölkələrdən olan iştirakçılar üçün Heydər Əliyev adına Neft Emalı Zavodu və Sumqayıtda yerləşən neft-kimya kompleksininin müəssisələrinə texniki səfərlərin təşkil olunması nəzərdə tutulub.

 

Forumda iştirak edəb müəssisələri arasında dövlət strukturları, neft-qaz şirkətləri (treyderlər, NEZ və neft çıxarma), neft-kimya müəssisələri, nəqliyyat şirkətləri(limanlar, terminallar, boru kəmərləri və ekspedotorkar), banklar, hüquq və konsaltinq şirkətləri və avadanlıq istehsalçıları, yeni texnologiyar hazırlayan müəssisələr və universitetlər var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır