Modern.az

Milli Məclis “Müdafiə haqqında” qanuna dəyişiklik edir  

Milli Məclis “Müdafiə haqqında” qanuna dəyişiklik edir   

23 Aprel 2018, 11:07

“Müdafiə haqqında” qanuna dəyişiklik edilir.

Modern.az-ın məlumatına görə, bununla bağlı  “Müdafiə haqqında” qanunun 5-ci maddəsinin (Azərbaycan Respublikasının Prezidenti) ikinci hissəsinin on ikinci abzasına dəyişiklik təklif edilir.

Dəyişikliyə görə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı kimi “Hərbi vəziyyət haqqında” qanuna uyğun olaraq cəbhəboyu zonanın hüdudlarını və hərbi idarəetmə orqanlarının səlahiyyətlərini müəyyən edir, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması və ya ləğv edilməsi haqqında fərmanı təsdiq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?