Modern.az

Energetika nazirindən AÇIQLAMA: “Suallara aydınlıq gətiriləcək”

Energetika nazirindən AÇIQLAMA: “Suallara aydınlıq gətiriləcək”

23 Aprel 2018, 11:07

“Azərbaycan Avropa regionunun enerji təhlükəsizliyinin təminatçısıdır”.

 

Modern.az xəbər verir ki, bunu bu gün Bakıda işə başlamış Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, neft-kimya" Forumunda çıxış edən energetika naziri Pərviz Şahbazov deyib.

 

O bildirib ki, Heydər Əliyevin milli dövlətçilik strategiyasında enerji-kommunikasiya məsələləri önəmli yer tuturdu. "Azərbaycanın həyata keçirdiyi enerji siyasəti Asiya və Avropa regionunu uzun müddət bir-biri ilə əlaqələndirəcək. Düşünürəm ki, bu forumda energetikanın gələcək inkişafı ilə bağlı suallara aydınlıq gətiriləcək”.

 

Nazir qeyd edib ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hazırki dövrə qədər 454 milyon ton xam neft və 144 milyard kubmetr təbii qaz hasil olunub.

 

“Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarından indiyə qədərki gəliri 130 milyard 551 milyon ABŞ dollardır”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir