Modern.az

Yəmən bombalandı: 20 ölü, 40 yaralı

Yəmən bombalandı: 20 ölü, 40 yaralı

23 Aprel 2018, 11:12

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hərbi hava qüvvələri Yəmənin şimal-şərqini bombalayıb.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, atılan mərmilər nəticəsində 20 nəfər ölüb, daha 40-ı yaralanıb.

Məlumatda deyilir ki, insident Xaca əyalətində qeydə alınıb, mərmi toy mərasiminin keçirildiyi evə düşüb.

Bundan əvvəl Yəməndə husilər Səudiyyə Ərəbistanının Cizan əyalətinin hava limanına iki raket atıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi