Modern.az

Cinayət məsuliyyətini ağırlaşdıran halların siyahısı genişlənir

Cinayət məsuliyyətini ağırlaşdıran halların siyahısı genişlənir

Aktual

23 Aprel 2018, 11:22

Azərbaycanda cinayət məsuliyyətini ağırlaşdıran halların siyahısı genişləndirilir.

Modern.az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişiklik edilir.

İnzibati Xətalar Məcəlləsinin 33.1.6-cı maddəsinə görə, inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə törədilməsindən əlavə hərbi vəziyyət dövründə də törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar siyahısına aid edilir.

Məcəllənin 88-ci maddəsi inzibati qaydada tutma məsələlərini tənzimləyir. Bu maddəyə görə inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmamasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün bır sıra səlahiyyətli orqanlar bu maddədə göstərilən hallarda inzibati qaydada tutma hüququna malikdirlər. “Hərbi vəziyyət haqqında” qanun qəbul edildikdən sonra hərbi vəziyyət rejiminin tələbləri pozulduqda bu səlahiyyətli orqanların siyahısına hərbi idarəetmə orqanlarının vəzifəli şəxsləri də daxil edilib.

Bundan əlavə, Cinayət Məcəlləsinin 61.1.11-ci maddəsində cinayətin fövqəladə vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi cəzanı ağırlaşdıran hal kimi göstərilib. “Hərbi vəziyyət haqqında” qanun qəbul edildikdən sonra artıq cinayətin hərbi vəziyyət zamanı törədilməsi də cəzanı ağırlaşdıran hallar siyahısına daxil edilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir