Modern.az

Həmkəndlisinin 10 minlik qızılını oğurlayan şəxs saxlanıldı

Həmkəndlisinin 10 minlik qızılını oğurlayan şəxs saxlanıldı

23 Aprel 2018, 11:25

Biləsuvar Rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə bir gündə iki cinayət faktının üstü açılıb. Belə ki, otlaq sahəsindən xırda buynuzlu heyvanlar, mənzildən isə 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.

 

Din Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, 22 aprel tarixində Biləsuvar rayonunun Əsgərabad kənd sakini Rövşən Səfərov DİN-in “102” xidməti-zəng mərkəzinə zəng vurararaq bildirib ki, ərazidəki otlaq sahəsindən ona məxsus 3 ədəd xırdabuynuzlu heyvan oğurlanıb. “İzti izlər”lə aparılan tədbirlər zamanı elə həmin gün oğurluğu törətmiş şəxsin Biləsuvar rayonunun Dərvişli kənd sakini Mahir Rüstəmli olduğu müəyyən edilib.  Həmin şəxs saxlanlaraq istintaqa təhvil verilib. Oğurladığı heyvanlar isə ondan maddi sübut kimi götürülərək sahibinə təhvil verilib.

 

Keçirilən digər əməliyyat tədbiri ilə isə həmkəndlisinin evindən qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb. Belə ki, 21 aprel 2018-ci il tarixində Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə ərazidəki evlərdən birindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı müraciət daxil olub. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Biləsuvar rayonu Səmədabad kəndində yaşayan Baloğlan Haqverdiyev olduğu müəyyən edilib. O saxlanılaraq istintaqa təhvil verilib. Oğurladığı qızıl-zinət əşyaları isə maddi sübut kimi götürülüb.  

 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi