Modern.az

 Yerevan Dövlət Universitetində aksiyalar başladı

 Yerevan Dövlət Universitetində aksiyalar başladı

23 Aprel 2018, 11:27

erevan Dövlət universitetinin tələbələri kütləvi aksiyalara start verdilər.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, etirazçılar səhər erkən saatlardan universitetin həyətinə yığışıblar.

Onlar müəllimlərini də aksiyalara qoşulmağa çağırıblar.

 

İndi isə etirazçılar Yerevanın müxtəlif küçələrində qruplar halında etiraz şüarları səsləndirilər.

Bəzi qruplar bir neçə küçəni bağlayaraq hərəkəti iflic etmək istəyirlər.

 

Etirazçıların əsas şüarı həbs olunmuş deputatların dərhal buraxılmasıdır.

Xatırladaq ki, Ermənistan parlamentinin üç deputatı həbs olunub. Bunlar etirazçıların lideri Nikol Paşinyan, onun tərəfdaşları Ararat Mirzoyan və Sasun Mikaelyandır. Hər üç deputat parlamentdə “Çıxış” bolkunun üzvləridir. Onların hazırki baş nazir Serj Sarkisyanın istefasını tələb etdiklərinə görə həbs ediliblər.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir