Modern.az

Müdafiə Nazirliyi: “Düşmən təxribatına qarşı tədbirlər görüləcək”

Müdafiə Nazirliyi: “Düşmən təxribatına qarşı tədbirlər görüləcək”

23 Aprel 2018, 11:34

Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya, Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan video ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat xidməti açıqlama verib.

Nazirlikdən Modern.az-a verilən açıqlamada deyilir:

“Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya, Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır. Nümayiş etdirilən kadrlar Azərbaycan Ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib.

Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir.

Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır