Modern.az

Milli Məclisin keçmiş sədr müavini: “Onun təyinatına çox şad oldum”

Milli Məclisin keçmiş sədr müavini: “Onun təyinatına çox şad oldum”

23 Aprel 2018, 14:17

Prezident İlham Əliyev aprelin 21-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.
Bu sərəncamla mərkəzi icra hakimiyyəti orqanlarının bəzilərinə rəhbər təyinatı gerçəkləşib, bəzilərinə isə hələ ki təyinat olmayıb. Nazir postlarda bir sıra yeni təyinatlar da var.

Milli Məclisin keçmiş sədr müavini, Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev Modern.az-a açıqlamasında  ölkədə aparılan islahatları müsbət qiymətləndirib.


“Öncə ölkədə prezident seçkiləri keçirildi və cənab İlham Əliyev 7 il müddətinə yenidən prezident seçildi. Cənab prezidenti təbrik edirəm. Ardınca Nazirlər Kabinetinin tərkibi dəyişdirildi. Novruz Məmmədov Baş nazir oldu. Novruz Məmmədovla tanışlığımız uzun illərə gedib çıxır. Onun təyinatına çox şad oldum. Digər təyinatlara da sevindim. Zamanında edilən dəyişikliklərdir. Hər kəsə işlərində uğurlar arzulayıram. Prezidentin apardığı islahatların isə uğurlu nəticə verəcəyinə ümid edirəm”

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi