Modern.az

Metropoliten prezidentin tapşırığından sonra tikinti işlərini sürətləndirdi

Metropoliten prezidentin tapşırığından sonra tikinti işlərini sürətləndirdi

Aktual

23 Aprel 2018, 13:25

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bənövşəyi xətt üzrə stansiyada tikinti işlərini sürətləndirib.

 

Modern.az-ın məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib:

"Ölkə başçısının göstərişlərindən sonra bənövşəyi xəttin B3 adlanan stansiyasında tikinti işlərini daha da sürətləndirilib. Həmçinin, Xocahəsən deposu ilə "Avtovağzal" stansiyası arasında tunel tikintisi, "Həzi Aslanov-2" stansiyasında işlər davam etdirilir.

 

Xatırladaq ki, 2011-ci ildə prezident İlham Əliyevin fərmanı Bakı Metropoliteninin Perspektiv İnkişaf Planı təsdiqlənib. Plan paytaxtda yeni metro xətlərinin və stansiyaların tikintisini nəzərdə tutur. Bu işlər nəticəsində 2030-cu ilə qədər Bakı Metropoliteni stansiyaların sayı 76-ya çatdırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır