Modern.az

Zahid Oruc: “Boşalan deputat yerlərinə seçki keçirilə bilər”  

Zahid Oruc: “Boşalan deputat yerlərinə seçki keçirilə bilər”  

23 Aprel 2018, 15:00

Azərbaycan Konstitusiyasının 89-cu maddəsinə əsasən, millət vəkili dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda deputat səlahiyyətlərini itirir.

Hazırda Milli Məclisdə 3 deputat yeri boşdur. Bu və digər hadisələrin fonunda son günlər Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı iddialar da səslənir.

Milli Məclisin deputatı  Zahid Oruc Modern.az-a açıqlamasında deyib ki, əslində boşalan yerlərə seçkilər keçirilməlidir.

“Qanunvericilik boş qalan deputat yerlərinə seçkilərin keçirilməsini tələb edir. Ümidvaram ki, söhbət 2-3 yerdən gedirsə, həmin ərazilər parlamentdə təmsilçisiz qala bilməz. Bu məsələnin mənəvi-siyasi tərəfidir. Hüquqi baxımdan isə Mərkəzi Seçki Komissiyasının belə bir öhdəliyi var ki,  xalqın konstitusion hüququnu həyata keçirəndə həmin ərazilər üzrə seçkilər keçirsin və orada yeni deputatlar seçilsinlər”.

Deputat növbəti parlament seçkilərinin keçirilməsinə 2 il qaldığını düşünməyin ciddi hüquqi arqument olmadığını bildirib.

“Kimsə növbəti parlament seçkilərinin keçirilməsinə cəmi 2 il müddətin qaldığını düşünə bilər. Səlahiyyət müddətinin təxminən 60%-i keçib. Bu, ciddi hüquqi arqument sayıla bilməz. Hesab edirəm ki, parlamentə ölkə rəhbəri “kadr bankı” kimi yanaşıbsa və yetərincə istedadlı, qabiliyyətli olan şəxslərindən müxtəlif hökumət strukturlarında istifadə edibsə, belə olan təqdirdə həmin yerlərə seçkilər təyin edilə bilər. Əminəm ki, məsələyə tam hüquqi müstəvidə aydınlıq gətiriləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?