Modern.az

Yeni qatar sərnişinlərin ixtiyarına verildi - FOTOLAR

Yeni qatar sərnişinlərin ixtiyarına verildi - FOTOLAR

23 Aprel 2018, 14:00

“Bakı Metropoliteni” QSC ilə Rusiyanın “Metrovaqonmaş” ASC şirkəti arasında bağlanmış müqaviləyə əsasən alınan 2 qatardan biri artıq sərnişinlərin istifadəsinə verilib.

Modern.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

 

N.Paşayevin sözlərinə görə, 5 vaqondan ibarət olan qatarın istismar müddəti 31 ildir:

“Qatar ölkə rəhbərinin iştirakı ilə aprelin 20-də xəttə buraxılıb. Digər qatar may ayında Azərbaycana gətirləcək. Yeni qatarlar bir çox üstünlüyünə görə əvvəlkilərdən fərqlənir. Xüsusilə sərnişinlər üçün maraqlı olan kondisioner sisteminin olmasıdır. Qatarların vaqonları arasında keçid var, oturacaqları fərqlidir. Qapıların geniş olması sərnişinlərin vaqonlara rahat minib-düşməsinə şərait yaradır. Bu qatarlar ən son nəslə aiddir.

 

Həmçinin, yeni qatarların hər bir vaqonunda 16 olmaqla, ümumilikdə 80 ədəd USB portu var. Vətəndaşlar portlar vasitəsilə telefon və planşetlərini enerji ilə təmin edə biləcəklər”.

 

N.Paşayev qeyd edib ki, yeni qatarlar sərnişin tutumu daha çoxdur:

“Ən əsası əlində yükü olan, fiziki imkanları məhdud insanların əlil arabaları üçün də yer var”.

Şöbə müdiri deyib ki, istismar müddəti başa çatdıqca, metropolitenin parkı yenilənəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir