Modern.az

Ermənistan rəhbərliyi təcili iclasa toplaşdı - FOTO

Ermənistan rəhbərliyi təcili iclasa toplaşdı - FOTO

23 Aprel 2018, 15:16

Ermənistanda Serj Sarkisyan əleyhinə aksiyalar geniş vüsət almaqda davam edir.

 

Modern.az xəbər verir ki, etirazçılar Yerevanın Şenqavit rayonunda yerləşən Qaregin Njde meydanına doğru irəliləyir. Etirazçılar müxalifət lideri Nikol Paşinyanın azad olunmasını tələb edirlər.

 

Axşam 20:00-da isə Yerevanın mərkəzi İnqilab meydanında yeni çoxminlik aksiyanın baş tutacağı gözlənilir.

Ermənistan prezidenti Armen Sarkisyan Qarabağ separatçılarının lideri Bako Saakyan, Bütün Ermənilərin Katolikosu II Qaregin, spiker Ara Babloyan və baş nazir Serj Sarkisyanın iştirakı ilə təcili iclas keçirib. Onlar aksiyanın tezliklə başa çatmalı olduğunu və dialoq çağırışı ediblər.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?