21 avqust 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Eks-namizədlər hakim komandadakı dəyişikliyə belə qiymət verdilər...
Eks-namizədlər hakim komandadakı dəyişikliyə belə qiymət verdilər...
23.04.2018, 15:45

Prezident İlham Əliyev aprelin 21-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Bu sərəncamla mərkəzi icra hakimiyyəti orqanlarının bəzilərinə rəhbər təyinatı gerçəkləşib, bəzilərinə isə təyinat olmayıb.

Maraqlıdır, prezidentliyə eks-namizədlər bu təyinatlarla bağlı nə düşünür?

Modern.az saytı  bu sualla eks-namizədlərə müraciət edib.

Milli Məclisin deputatı Araz Əlizadə  deyib ki, yeni dəyişikliklər normaldır:

“Yeni Baş nazir yeni hökümətlə işləməlidir. Və cənab prezident qərara gəlib ki, kadrların dəyişilməsinə ehtiyac var. Yeni təyinatların qənaətbəxş olub-olmamasını isə zaman göstərəcək. Hələ yemədiyim xörəyin dadından danışa bilmərəm”.

Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, hökumətin yeni tərkibdə formalaşması qaçılmaz idi.

“Ona görə ki, neft bumunun sönməsi böyük və asan pullarla işləyən məmur ordusunun həqiqi potensialını üzə çıxardı. Belə demək olarsa, xarici siyasətdə inkarolunmaz uğurlar qazanan və transmilli dünyanı çəkib bizim regiona gətirən, onlardan təhlükəsizlik sipəri düzəldən dövlət başçısı komandasından aldığı zərbələrə daha dözmək fikrində deyildi. Əgər kəskin addımlar atılmasaydı, indi təsəvvürə gətirmək çətindir ki, nələr baş verərdi.

Nəinki seçkilərə onlarla getmək olmazdı, eləcə də, artıq dövləti içəridən sarsıdan adamlar Roma imperiyası dövründə olduğu kimi, təkcə cəmiyyətə həqarətlə baxmırdılar, eləcə də, komanda yoldaşlarını əzib məhv edəcəklərinə inanan monstr halına gəlmişdilər. Adamları yeyən patrisiyaların əlindən onların plebey saydıqlarını almaq gərək idi”.

Deputatın sözlərinə görə, hər gün daxili və beynəlxalq medianın gündəminə daşınan hakimiyyətiçi intriqalar, böyük korrupusiya əməllərinə dair səs-küylü cinayətlər vahid bir komanda kimi hərəkətə zərbə vurur, vətəndaşın nəzərində dövlətə güvənci əngəlləyir və təmiz məmur obrazını yerlə-yeksan edirdi:


“Hətta düşmənlə müharibə qərarı almağın necə riskli olduğunu anlamaq da çətin deyildi. 2015-ci ilin hökuməti ilə müharibə aparmaq təhlükəli idi.

Çünki hakimiyyət dəyişikliyi üçün hərbi məğlubiyyət daxili düşmənlər üçün əla ssenari ola bilərdi. İndi tam arxayınlıqla, demək olar ki, iki il əvvəl Ermənistanla baş verən aprel döyüşləri həm də daxildə aparılan təmizlənmənin nəticəsi idi.

Ərdoğanın Türkiyədə apardığı total yenilənmə kursu və ən yaxın ətrafından gələn təhlükələri bloklamaq üçün atdığı addımlarla cənab İlham Əliyevin dörd naziri vəzifəsindən kənarlaşdırması mahiyyətcə eyniyyət təşkil edirdi və mənə görə, yeni hökumət quracağının anonsu sayıla bilərdi.

Artıq tam inamla demək olar ki, hökumətini tərkibi son üç ildə 70 faizə yaxın dəyişib”.

“Cəbhəçilərin təşəbbüs qrupu”nun prezidentliyə eks-namizədi Razi Nurullayev Azərbaycanda siyasi islahatların, kadr dəyişikliklərinin lehinə olduğunu və bunu yüksək qiymətləndirdiyini qeyd edib:

“Gözləntim budur ki, kifayət qədər müxtəlif sahələrə də istiqanlı insanlar cəlb olunsun, Azərbaycan insanlarının problemləri həll edilsin. Eyni zamanda,  bizdən başqa prezident seçkiləri vaxtı  digər namizədlərin səsləndirdiyi məsələlərin həlli yönündə  həmin yerə cəlb olunan kadrlar praktik addımlar ata bilsinlər ki, cəmiyyətimizdə sosial gərginlik azalsın.

Yeni təyinatları tam olaraq qənaətbəxş adlandırmazdım. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni gənc kadrın gətirilməsini yüksək dəyərləndirdim. Çünki mənim ən çox tənqid etdiyim sahələrdən biri də bura idi. Düşünürəm ki, həmin nazirlik Azərbaycanda yoxsulluğun aradan qaldırılması istiqamətində  əməli addımlar atmalıdır. O cümlədən Kənd Təsərrüfatı Nazirliyinə də “Asan Xidmət”in rəhbəri İnam Kərimovun təyin olunması məndə ümidlər yaradıb və orada yüksək dəyişikliklər olacaq. Bu həm də islahatların bir anonsudur və sevindirici haldır. Ümid edək ki, daha ciddi addımlar da atılacaq və insanların sosial problemləri yönündə müəyyən müsbət işlərin  şahidi olacağıq”.

Azərbaycan Demokratik Partiyasının sədri  Sərdar Cəlaloğlu:

“Əvvəla, Nazirlər Kabineti prezidentin tabeliyində olmalı idi. Digər prezidentli respublikalarda da Baş nazirin vəzifəsini prezident özü icra edir, birinci vitse-prezident isə ondan sonra ikinci adamdır. Amma Azərbaycanda bir boşluq yaranıb. Faktiki olaraq prezidentli respublika olsaq da, ali icra başçısı kimi Baş nazir gedir. Lakin  Konstitusiyaya görə, Baş nazirin elə bir səlahiyyətləri yoxdur. Bu baxımdan Baş nazir vəzifəsi insan orqanizmindəki kor bağırsaq çıxıntısına bənzəyir. Ölkədə islahatların həyata keçirilməsi Novruz Məmmədovdan yox,  prezident İlham Əliyevdən asılı olacaq. Çünki faktiki ali icra başçısı da İlham Əliyevdir.

Əsas islahatlara baxmaq lazımdır. İslahat olmayan yerdə kadrlar da yaxşı iş görə bilməz. Buna görə də indiki təyinatları Azərbaycanda status-kvonun saxlanması kimi dəyərləndirirəm. İslahatlar proqramından sonra ölkədə ciddi dəyişikliklərin olub-olmayacağını görəcəyik”.

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev isə sualımızı müəyyən vaxta kimi cavablandırmaq istəmədi. 


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir
21.08.2018, 11:45

Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir

“Məhərrəmlikdə zəncir vurmaq sonradan uydurulub” – Mübariz Qurbanlı
21.08.2018, 11:42

“Məhərrəmlikdə zəncir vurmaq sonradan uydurulub” – Mübariz Qurbanlı

Bakıda sahibkarlar səkiləri zəbt edib – RƏSMİ
21.08.2018, 11:33

Bakıda sahibkarlar səkiləri zəbt edib – RƏSMİ

Türkiyə və Rusiya dolları S-400 ilə “vurur”
21.08.2018, 11:29

Türkiyə və Rusiya dolları S-400 ilə “vurur”

Salvador Tayvanla diplomatik əlaqələrə son qoydu
21.08.2018, 11:24

Salvador Tayvanla diplomatik əlaqələrə son qoydu

Təhsil Nazirliyi Rumıniyaya 4 tələbə göndərir
21.08.2018, 11:24

Təhsil Nazirliyi Rumıniyaya 4 tələbə göndərir

Baş nazir Azərbaycan xalqını təbrik etdi
21.08.2018, 11:03

Baş nazir Azərbaycan xalqını təbrik etdi

Babək prospektində 20 gün əvvəl təmir olunmuş yol sökülür - SƏBƏB
21.08.2018, 11:03

Babək prospektində 20 gün əvvəl təmir olunmuş yol sökülür - SƏBƏB

Peşə təhsili müəssisələrinə 8800 nəfər qeydiyyatdan keçib
21.08.2018, 10:51

Peşə təhsili müəssisələrinə 8800 nəfər qeydiyyatdan keçib

Bayram günləri “Azərsu” operativ işləyəcək
21.08.2018, 10:47

Bayram günləri “Azərsu” operativ işləyəcək

Zakir Həsənov:
21.08.2018, 10:28

Zakir Həsənov: "Ölkəmizin müdafiə qüdrəti qürurverici səviyyədə artıb"

Həyat etüdləri
21.08.2018, 10:24

Həyat etüdləri

Əfqanıstan prezidenti çıxış edərkən iqamətgahına raket atıldı
21.08.2018, 10:23

Əfqanıstan prezidenti çıxış edərkən iqamətgahına raket atıldı

Azərbaycan almaniyalı deputatın ölkəyə girişinə qadağa qoydu
21.08.2018, 10:13

Azərbaycan almaniyalı deputatın ölkəyə girişinə qadağa qoydu

Cəbhədə şiddətli atışma oldu
21.08.2018, 10:08

Cəbhədə şiddətli atışma oldu

Manata psixoloji təzyiq - Azərbaycanda dollara tələb yüksələcək
21.08.2018, 10:00

Manata psixoloji təzyiq - Azərbaycanda dollara tələb yüksələcək

Diri heyvan satılan yerlərdə dezinfeksiya işləri başa çatıb
21.08.2018, 09:40

Diri heyvan satılan yerlərdə dezinfeksiya işləri başa çatıb

Plastik qabları yandıranlar CƏRİMƏLƏNDİ
21.08.2018, 09:33

Plastik qabları yandıranlar CƏRİMƏLƏNDİ

Polisdən ƏMƏLİYYAT: 97 nəfər tutuldu
21.08.2018, 09:14

Polisdən ƏMƏLİYYAT: 97 nəfər tutuldu

Bakı meriyası paytaxta küçəsüpürən texnika gətirdi
21.08.2018, 08:50

Bakı meriyası paytaxta küçəsüpürən texnika gətirdi

ABŞ-da 2 iranlı casusluqda ittiham olundu
21.08.2018, 08:38

ABŞ-da 2 iranlı casusluqda ittiham olundu

İndoneziyadakı zəlzələlər 506 nəfəri öldürüb
21.08.2018, 08:29

İndoneziyadakı zəlzələlər 506 nəfəri öldürüb

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
21.08.2018, 08:25

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Qızlar komandamızın baş məşqçisi ailə həyatı qurur
21.08.2018, 08:23

Qızlar komandamızın baş məşqçisi ailə həyatı qurur

“Taliban” Moskva görüşündə iştiraka razılıq verib
21.08.2018, 01:02

“Taliban” Moskva görüşündə iştiraka razılıq verib

Piyada yol qəzasında öldü
21.08.2018, 00:47

Piyada yol qəzasında öldü

Dənizə düşən qadın 10 saat sağ qaldı
21.08.2018, 00:33

Dənizə düşən qadın 10 saat sağ qaldı

Bitkoin 6.4 min dollaradək bahalaşıb
21.08.2018, 00:20

Bitkoin 6.4 min dollaradək bahalaşıb

Əməkdar artist 77 yaşında vəfat etdi
21.08.2018, 00:06

Əməkdar artist 77 yaşında vəfat etdi

Kvars qol saatlarının yaradıcısı öldü
20.08.2018, 23:53

Kvars qol saatlarının yaradıcısı öldü

Yanğın bir ailəni evsiz qoydu
20.08.2018, 23:36

Yanğın bir ailəni evsiz qoydu

Türkiyə  ABŞ-a qarşı mövqe tutur
20.08.2018, 23:18

Türkiyə  ABŞ-a qarşı mövqe tutur

Dolları lirəyə çevirib ev alana MAŞIN hədiyyə edildi
20.08.2018, 23:04

Dolları lirəyə çevirib ev alana MAŞIN hədiyyə edildi

Okeanda təhlükəli virus
20.08.2018, 22:51

Okeanda təhlükəli virus

Zəlzələdə ölənlərin sayı 506 nəfərə çatdı
20.08.2018, 22:37

Zəlzələdə ölənlərin sayı 506 nəfərə çatdı

ARXİV