Modern.az

Pulsuz müayinə olunanların sayı açıqlandı  

Pulsuz müayinə olunanların sayı açıqlandı   

Aktual

23 Aprel 2018, 15:56

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevralın 12-dən başlayaraq respublika vətəndaşlarının tibbi müayinədən keçirilməsi tədbirləri regionlarla yanaşı, Bakı şəhərində də davam etdirilir. 

 

Səhiyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bugünədək 1912 405 nəfər müayinədən keçib.

 

Onlardan 919 075 nəfəri kişilər, 993 330 nəfəri qadınlardır. Xəstəlik aşkarlananlar 117 235 nəfər təşkil edir. Onlardan 12 830 nəfəri hospitalizasiya olunub,  66 851 nəfəri sağlamlaşdırılıb. Bu müddətdə əlavə müayinələrə cəlb olunanlar cəmi 604 479 nəfər təşkil edir.

 

Müayinələr zamanı vətəndaşlarda əsasən arterial təzyiq, şəkərli diabet, qan xəstəlikləri, ürək-damar sistemi xəstəlikləri, nəfəs yolları xəstəlikləri, oynaq xəstəlikləri və s. aşkarlanıb.

 

Xatırladaq ki, ölkə başçısının imzaladığı sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Respublika əhəmiyyətli tibb müəssisələrinin rəhbərlərinə mütəxəssislərdən ibarət qrupların müntəzəm olaraq regionlara ezam olunması tapşırılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı