Modern.az

Moskva: “Baş verənlər Ermənistanın daxili işidir”

Moskva: “Baş verənlər Ermənistanın daxili işidir”

23 Aprel 2018, 16:18

Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov Ermənistandakı vəziyyətlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.

“Bu tam mənasında Ermənistanın daxili işidir. Mənə elə gəlir ki, mənim deyə biləcəklərim bu qədər” –Peskov Rusiyanın Yerevandakı vəziyyəti region üçün təhlükə sayırmı sualını cavablandırıb.

O həmçinin, Ermənistanın onlar üçün çox önəmli olduğunu və Rusiyanın bu hadisələri yaxından izlədiyini də bildirib.

 

Peskov jurnalistlərin hərbçilərin də mitinqlərə qoşulması üstünə Gümrüdə yerləşən Rusiyanın hərbi bazasında hər hansı xüsusi rejim tətbiq olunması ilə bağlı sualı cavablandırmaqdan yayınıb.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir