22 avqust 2018, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - BMT-nin Əhali Fondundan media üçün seminar - qalib Türkiyəyə gedəcək
BMT-nin Əhali Fondundan media üçün seminar - qalib Türkiyəyə gedəcək
23.04.2018, 17:54

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi "MediaLink” şirkəti ilə birlikdə çap və rəqəmsal media sahəsində fəaliyyət göstərən bloqqerlər, vloqqerlər və jurnalistlər üçün "Gender əsaslı cins seçimi mövzüsunun işıqlandırılması üzrə media işçilərinin bacarıqlarının artırılması”na həsr olunmuş 2 günlük praktik seminar təşkil edəcək. 


 
Praktik seminar Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Oğlan Uşaqlarına Verilən Üstünlüyün Qarşısının Alınması və Qızların Dəyərinin Təbliği üzrə” Qlobal Proqram çərçivəsində təşkil olunacaq. Layihənin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi probleminin və doğulan uşaqlar arasında gender əsaslı cins seçiminin aradan qaldırılması məqsədilə həyata keçirilən milli təşviqat kampaniyasına medianı cəlb etməkdir. 
 


"BMT-nin Əhali Fondu artıq bir neçə ildir ki, doğulanlar arasında cins nisbətinin pozulması, selektiv abortların qarşısının alınması və qız uşaqlarının dəyərinin artırılması mövzusunda həyata keçirdiyi ölkəmiqyaslı layihələr çərçivəsində media ilə iş komponentinə böyük üstünlük verir. Bu strategiyamızın nəticəsi olaraq biz sözügedən problemlərin daha geniş müzakirəsinə və daha böyük auditoriyaya çatıdılmasına nail ola bilmişik. Məlum olduğu kimi, sözügedən məsələnin işıqlandırılmasında və bu sahədə ictimai məlumatlılığın artırılmasında medianın rolu danılmazdır. Biz, istər ənənəvi, istərsə də yeni media vasitələrini oğlan uşaqlarına üstünlük verilməsi problemi və doğulanlar arasında gender əsaslı cins seçiminin aradan qaldırılması istiqamətindəki milli təşviqat işində bu dəfə də fəal iştirak etməyə çağırırıq”, deyə BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyin baş müşaviri Fərid Babayev bildirib. 


 
24-25 may tarixlərində Bakıda keçiriləcək praktik seminar vasitəsilə insan haqları, gender ayrı-seçkiliyi, gender əsaslı zorakılıq və s. bu kimi mövzuları işıqlandıran media nüməyəndələrinin doğulan uşaqların cins nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlılığının artırılması nəzərdə tutulub. Bununla yanaşı, iştirakçılara ənənəvi və yeni media vasitələrinin, sosial media alətlərinin bu mövzudakı təşviqat işində istifadə olunması üçün praktik biliklər veriləcək.       


 
Təlim bitdikdən sonra iştirakçılar arasında müsabiqə təşkil olunacaq və ən yaxşı yazı, foto və ya video materialın qalibi müəyyən ediləcək. Qalib Türkiyədəki böyük media holdinqlərdən birinə qısamüddətli təcrübə keçmək imkanı qazanacaq. 
 
Təlimdə iştirak etmək istəyən jurnalistlər, vloqqer və bloqqerləri may ayının 2-i, saat 18.00-a kimi özləri  haqda məlumatı, eyni zamanda gender problemləri sahəsində bundan əvvəl hazırladıqları yazı və video/foto materialı media-link@hotmail.com ünvanına göndərə bilərlər.

 

Yazıları Azərbaycan və us dilində təqdim etmək olar. Praktiki seminar iştirakçıların seçimi may ayının 10-dək başa çatacaq və yalnız iştirak hüququ qazanmış şəxslərlə əlaqə saxlanılacaq.    


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə etdi
22.08.2018, 00:58

Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə etdi

Yol qəzası 6 nəfərin həyatına son qoyub
22.08.2018, 00:43

Yol qəzası 6 nəfərin həyatına son qoyub

“Skype”  yeni şifrələmə sistemi tətbiq edib
22.08.2018, 00:30

“Skype”  yeni şifrələmə sistemi tətbiq edib

Bayram günü 7088 qəssab xəstəxanalıq oldu
22.08.2018, 00:16

Bayram günü 7088 qəssab xəstəxanalıq oldu

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur
22.08.2018, 00:03

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur

Almaniya “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında maraqlıdır   
21.08.2018, 23:55

Almaniya “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında maraqlıdır  

Azərbaycan filmi xaricdə növbəti kuboku qazandı
21.08.2018, 23:46

Azərbaycan filmi xaricdə növbəti kuboku qazandı

İki PKK terrorçusu zərərsizləşdirilib
21.08.2018, 23:41

İki PKK terrorçusu zərərsizləşdirilib

Azərbaycan nefti bahalaşıb
21.08.2018, 23:19

Azərbaycan nefti bahalaşıb

Metronun “Xətai” stansiyası bağlanır - SƏBƏB
21.08.2018, 23:06

Metronun “Xətai” stansiyası bağlanır - SƏBƏB

Mingəçevirdə yaşayış binası yandı
21.08.2018, 22:50

Mingəçevirdə yaşayış binası yandı

Zəlzələ İranı silkələdi
21.08.2018, 22:34

Zəlzələ İranı silkələdi

AFFA-dan Qarabağda Avropa çempionatının keçirilməsinə etiraz   
21.08.2018, 22:17

AFFA-dan Qarabağda Avropa çempionatının keçirilməsinə etiraz  

Dünyada ən ucuz mobil rabitə
21.08.2018, 22:06

Dünyada ən ucuz mobil rabitə

Azərbaycanlı nazirin pulları həbsdə qaldı
21.08.2018, 21:48

Azərbaycanlı nazirin pulları həbsdə qaldı

Hüquq müdafiəçisi olan qadının başını kəsdilər
21.08.2018, 21:36

Hüquq müdafiəçisi olan qadının başını kəsdilər

Bu müəllimlər işə qəbil edildi - RƏSMİ
21.08.2018, 21:22

Bu müəllimlər işə qəbil edildi - RƏSMİ

Ölkədəki qoyunların sayı açıqlandı
21.08.2018, 21:13

Ölkədəki qoyunların sayı açıqlandı

Qurban bayramında aztəminatlı ailələri sevindirin - Gənc müəllimdən xeyirxah addım
21.08.2018, 21:00

Qurban bayramında aztəminatlı ailələri sevindirin - Gənc müəllimdən xeyirxah addım

Azərbaycanla Belarus hərbi əməkdaşlığı müzakirə edilib
21.08.2018, 20:57

Azərbaycanla Belarus hərbi əməkdaşlığı müzakirə edilib

Azərbaycana 191 ölkədən gələnlər var
21.08.2018, 20:43

Azərbaycana 191 ölkədən gələnlər var

Sumqayıtda oğul 82 yaşlı atasını döydü
21.08.2018, 20:28

Sumqayıtda oğul 82 yaşlı atasını döydü

Dövlət Yol Polisindən XƏBƏRDARLIQ
21.08.2018, 20:14

Dövlət Yol Polisindən XƏBƏRDARLIQ

Qazax sakini intihara cəhd etdi
21.08.2018, 20:01

Qazax sakini intihara cəhd etdi

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb
21.08.2018, 19:51

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb

Mərkəzi Bank dolların məzənnəsi barədə
21.08.2018, 19:41

Mərkəzi Bank dolların məzənnəsi barədə

İsveçdə qırıcı təyyarə quşlarla toqquşduqdan sonra qəzaya uğrayıb
21.08.2018, 19:33

İsveçdə qırıcı təyyarə quşlarla toqquşduqdan sonra qəzaya uğrayıb

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub - xəsarət alanlar var
21.08.2018, 19:24

Gəncədə mikroavtobusla yük avtomobili toqquşub - xəsarət alanlar var

Naxçıvan Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib
21.08.2018, 19:14

Naxçıvan Dövlət Nəqliyyat Xidmətinə rəis təyin edilib

İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb - 31 faiz
21.08.2018, 19:04

İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb - 31 faiz

Almaniyadakı soydaşlarımız Angela Merkelə müraciət etdi - Qarabağ münaqişəsi ilə bağlı
21.08.2018, 18:54

Almaniyadakı soydaşlarımız Angela Merkelə müraciət etdi - Qarabağ münaqişəsi ilə bağlı

Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra
21.08.2018, 18:40

Problem yaradan qanunsuz miqrantlar ölkələrinə geri göndəriləcək - Xüsusi seçimlərdən sonra

Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək
21.08.2018, 18:30

Bakı 2019-cu ildə gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək

İlin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlanıb
21.08.2018, 18:20

İlin 7 ayı ərzində Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Məhərrəm ayının başlama vaxtı açıqlandı
21.08.2018, 18:10

Məhərrəm ayının başlama vaxtı açıqlandı

ARXİV