Modern.az

İranın qadın ağırlıqqaldıranları beynəlxalq yarışa qatılıblar

İranın qadın ağırlıqqaldıranları beynəlxalq yarışa qatılıblar

23 Aprel 2018, 18:09

İranlı qadın ağırlıqaldıranlar ilk dəfə beynəlxalq yarışa qatılıblar. 



"Report"un verdiyi məlumata görə, atletlər Özbəkistanın Urqenç şəhərində bu gün start götürən yeniyetmələr arasında Asiya çempionatında iştirak edirlər. Turnirdə 22 ölkədən 248 atlet qüvvəsini sınayır. 



Asiya çempionatı oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Əvvəllər qonşu ölkənin qadın idmançılarına ağırlıqqaldırma yarışlarında iştirak qadağası qoyulmuşdu. 

Qeyd edək ki, Asiya çempionatı aprelin 30-dək keçiriləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir