Modern.az

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat YAYDI

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat YAYDI

23 Aprel 2018, 18:28

Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb.

 

Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bəyanatda deyilir:

“Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.

 

Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir, gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir.

Bəyan edirik ki, qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsinə yönələn istənilən düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaqdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?