Modern.az

Dövlət Gömrük Komitəsinin yeni sədri kimdir... - DOSYE

Dövlət Gömrük Komitəsinin yeni sədri kimdir... - DOSYE

İqtisadiyyat

23 Aprel 2018, 21:42

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” əlavə sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncama əsasən, Səfər Məmməd oğlu Mehdiyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, S.Mehdiyev bu təyinatadək Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışırdı.

Gömrük xidməti general-leytenantı Səfər Mehdiyev 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. 1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib. Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kənd kolxozunda başlayıb. 
Bir müddət sonra isə gömrük sistemində işə keçib.
1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb. 
Tezliklə S.Mehdiyevin bu sistemdə vəzifə pilləsi daha da böyüyüb. O, 2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləyib. 
2006-cı ilin fevral ayından Səfər Mehdiyevə daha yüksək etimad göstərilib və o, komitə sədrinin birinci müavini vəzifəsinə təyin olunub.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır