Modern.az

Minsk qrupunun həmsədrləri yeni bəyanat yaydı

Minsk qrupunun həmsədrləri yeni bəyanat yaydı

23 Aprel 2018, 23:16

ATƏT-in Dağılq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri bölgədə baş verən son siyasi hadisələrlə bağlı bəyanat yayıb.

Modern.az xəbər verir ki, sənəd ATƏT-in rəsmi internet səhifəsində dərc olunub.

"ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) regionda baş verən son siyasi hadisələr və qoşunların təmas xəttində gərginliyin yarana bilmə imkanlarını nəzərə alaraq, tərəflərin bu çətin günlərdə atəşkəsə əməl etmələrinin və xüsusilə, ağır texnikanın arxa cəbhədə saxlanmasının əhəmiyyətli olduğunu vurğulayır", - deyə bəyanatda bildirilir.

Həmçinin qeyd olunur ki, həmsədrlər tərəfləri gərginliyin dərhal azaldılması üçün tədbirlər görməyə çağırır və münaqişənin davamlı və sülh yolu ilə həlli yollarının tapılması üzrə intensiv danışıqları bərpa etmək üçün mümkün qədər tez bir zamanda tərəflər ilə görüşlərin keçiriləcəyinə ümid edirlər. (report.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?