Modern.az

Armen Sarkisyan Ermənistan hökumətinin istefasını qəbul etdi

Armen Sarkisyan Ermənistan hökumətinin istefasını qəbul etdi

24 Aprel 2018, 00:17

Ermənistan prezidenti Armen Sarkisyan ölkə hökumətinin istefasını qəbul edib.

Modern.az xəbər verir ki,  bu barədə Ermənistan prezidentinin mətbuat-xidməti məlumat yayıb.

Prezidentin saytında yerəşdirilən fərmanında bildirilir: "Konstitusiyasının 130-cu maddəsini rəhbər tutaraq Ermənistan Respublikasının hökumətin istefasını qəbul etmək".

Qeyd edək ki, aprelin 23-ü Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. Baş nazirin vəzifəsini müvəqqəti icra edən baş nazirin birinci müavini Karen Karapetyan olub.

Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb. (trend)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır