Modern.az

Elmira Süleymanova parlamentdə hesabat verir

Elmira Süleymanova parlamentdə hesabat verir

24 Aprel 2018, 12:13

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2017-ci il üzrə illik məruzə ilə çıxış edir.

 

Modern.az-ın məlumatına görə, E.Süleymanova ötən il görülən işlərlə bağlı məlumat verib. O, Azərbaycanın yenidən prezidenti seçilən İlham Əliyevi təbrik edib.

 

“Prezident İlham Əliyev səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayıb. Bu hər bir Azərbaycan vətəndaşı tərəfindən müsbət qarşılanıb.Mən həmçinin yeni formalaşmış höhumət üzvlərini də təbrik edirəm”.

 

E.Süleymanova çıxışında bir sıra sahələrlə bağlı neqativ hallara da toxunub. Müvəkkil problemlərin həlli ilə bağlı təkliflərini də irəli sürüb.

 

Elmira Süleymanova məruzəni bitirdikdən sonra sənədi deputatlar müzakirə edəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!