Modern.az

İspaniyanın baş nazirindən Azərbaycanla bağlı mesajlar

İspaniyanın baş nazirindən Azərbaycanla bağlı mesajlar

Aktual

24 Aprel 2018, 15:24

İspaniyanın Baş naziri Mariano Raxoy Brey Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:

 

"Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İspaniya hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

 

Sizə prezidentliyinizin yeni dönəmində daha böyük uğurlar arzu edirəm. Zati-aliləri, Sizi əmin edirəm ki, İspaniya ölkələrimiz arasındakı yaxşı və səmimi münasibətlərin daha da dərinləşdirilməsi, eləcə də Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

 

Cənab Prezident, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!