Modern.az

Serj Sarkisyan yetim qaldı – Anası da öldü

Serj Sarkisyan yetim qaldı – Anası da öldü

Dünya

24 Aprel 2018, 16:51

Ermənistanın keçmiş prezidenti və dünən istefa vermiş eks-baş naziri Serj Sarkisyanın anası ölüb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin açıqlama verib.

 

Məhz aprelin 23-də Serj Sarkisyan baş nazir postundan istefa haqda qərar vermişdi. Zatulin məhz bu faktın da Sarkisyanın istefa verməsində önəmli rol oynadığını bildirib.

 

Ötən gün ölən Nora Sarkisyanın oğlunun baş nazir postunda qalmasına qarşı olduğu da bildirilir.  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır