Modern.az

AzTU tələbələrinin Rusiyaya ezamiyyəti başa çatıb

AzTU tələbələrinin Rusiyaya ezamiyyəti başa çatıb

24 Aprel 2018, 16:21

Azərbaycan Texniki Universitetinin (AzTU) “Nəqliyyat” fakültəsinin bir qrup tələbəsi 9-20 aprel 2018-ci il tarixlərində “Dəmiryol nəqliyyatının istismarı”  kafedrasının dosenti  İsrail Elyazovun rəhbərliyi ilə Rusiyanın Rostov Dövlət Dəmir Yolu Universitetində (RDDYU) ezamiyyətdə olub.

 

Ezamiyyət dövründə tələbələr RDDYU-nun “Vaqonlar və vaqon təsərrüfatı”, “Elektrik hərəkət vasitələri”, “Lokomotivlər və lokomotiv təsərrüfatı”  və  “Daşıma prosesinin idarə  olunması”  kafedralarının maddi-texniki bazaları ilə tanış olub, ixtisas qruplarının dərslərində iştirak ediblər. Səfər çərçivəsində, həmçinin, universitetin bazasında yaradılan  “Sapsan”, “Lastoçka”  və  “Virtual Dəmiryolu”  laboratoriya-trenajor komplekslərində aparılan sınaq dərslərinin metodikasına baxış keçirilib.

 

Səfərin növbəti günlərində tələbələr, tədrisin istehsalatla  qarşılıqlı əlaqəsini genişləndirmək məqsədi ilə yaradılan  “Bataysk Vaqon təmiri deposunda”  yük vaqonlarının təmir texnologiyası və deponun  istehsal-idarəetmə  strukturuna baxış keçiriblər. Burada mühəndislər tərəfindən vaqon təsərrüfatında yaradılan yeni innovativ texnologiyalar haqqında tələbələrə məlumatlar verilib.

Tələbələr 19 aprel  tarixində  RDDYU-də  keçirilən  “Транспорт,  наyка  и  образование -2018” konfransında da  iştirak  edibər. Konfransda tələbələrə rəhbərlik edən dosent İsrail Elyazov “Azərbaycan  dəmir  yolunda  vaqon  təsərrüfatının  perspektiv  inkişafı”  mövzusunda  elmi  məqalə  ilə  çıxış  edib.  Konfrans iştirakçılarının diqqətini cəlb edən məruzədən sonra Azərbaycan və Rusiya dəmiryolu sahələrinin, o cümlədən vaqon təsərrüfatının qarşılıqlı əlaqələri və inkişaf meyarları müzakirə olunub.

 

Bundan əlavə, universitetdə Rusiya, Azərbaycan  və İran  nümayəndələrinin  iştirak  etdiyi dəyirmi  stol da təşkil olunub. Dəyirmi  stolda “VII Beynəlxalq  sosial-iqtisadi  forumun”, həmçinin “Rusiyanın cənubunda nəqliyyat dəhlizləri  sistemi: rəqəmli  transformasiya  və  təhsil  potensialı”  mövzusunda  müzakirələr keçirilib.

11 gün davam edən ezamiyyət çərçivəsində tələbələr Rusiyanın Rostov və Taqanqoq şəhərlərinin tarixi abidələri ilə tanış olub, muzeylərə, bəzi elmtutumlu sənaye komplekslərinə səfər ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir