Modern.az

Prezident İlham Əliyev Türkiyəyə gedib

Prezident İlham Əliyev Türkiyəyə gedib

24 Aprel 2018, 17:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Türkiyə Respublikasına rəsmi səfər edib.

Modern.az xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Türkiyənin Baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?