Modern.az

Xocalıda bütün ailə üzvü qətlə yetirilən gənc: "Rövşən Rzayev hər zaman yanımızda olub"

Xocalıda bütün ailə üzvü qətlə yetirilən gənc:

Aktual

24 Aprel 2018, 17:53

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında əlavə sərəncam imzalayıb. Sərəncama əsasən hökumət üzvləri arasında xeyli dəyişiklik edilib.

Prezidentin sərəncamı ilə Milli Məclisin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Xocalı soyqırımı zamanı hər iki valideynini itirən gənclər bu təyinatı yüksək qiymətləndiriblər.


Xocalı soyqırımı zamanı hər iki valideynini itirən Mehdi Əliyev Modern.az-a deyib ki, Rövşən Rzayev “Dövlətqaçqınkom”a təyin olmazdan əvvəl də ondan kömək istəyənlərə əl uzadıb.


“Şəhid ailələri, qaçqın və məcburi köçkünlər, Qarabağ əlillərindən kimsə Rövşən müəllimə müraciət edəndə o, əlindən gələni edirdi ki, problem həllini tapsın. Qapısına gedən adamları heç vaxt boş qaytarmayıb, inanıram ki, bundan sonra da problemləri həll etmək üçün əlindən gələni edəcək. Çox sevinirik ki, Rövşən müəllim bu vəzifəyə təyin olunub. Həm öz adımdan, həm də Xocalı soyqırımı zamanı hər iki valideynini itirən 25 nəfərin adından Rövşən Rzayevi təbrik edir, işlərində uğurlar arzulayıram”.

Soyrqımı zamanı hər iki valideynini itirən Həmayıl Xəlilov:

“Rövşən müəllim hər zaman şəhid ailələrinin, məcburi köçkünlərin yanında olub. Dağlıq Qarabağ İcmasının fəal üzvü kimi həmişə onun dəstəyini görmüşük. O çox vətənpərvər insandı. İnanırıq ki, bundan sonra qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə çalışacaq”.


Soyrqımı zamanı hər iki valideynini itirən Vüsalə Məhərrəmova da bildirib ki, Rövşən Rzayev şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin, Qarabağ əlillərinin hər birinin dərdinə şərik olacaq biridir.

“Rövşən müəllim hər zaman bizlərin yanında olub. Ölkə prezidentinin təyinatına bütün şəhid ailələri, qaçqın və məcburi köçkünlər, əlillər çox sevinir. Rövşən Rzayevin bu sahədə bütün neqativ halları aradan qaldıracağına inanıram. Bütün “25”lər adından Rövşən müəllimi təbrik edirəm”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı