Modern.az

Jirinovski Moskvadan Yerevana metro xətti çəkməyi təklif etdi

Jirinovski Moskvadan Yerevana metro xətti çəkməyi təklif etdi

24 Aprel 2018, 18:51

Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski “Xatırlayıram və tələb edirəm” Rusiya cəmiyyətinin mitinqinin gedişində Moskva ilə Yerevan arasında dəmiryol əlaqəsinin yaradılmasını təklif edib.

 

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, çıxışında Jirinovski deyib: “Mən Tbilisidən keçməklə Yerevan-Moskva qatarına minməyə macal tapmaq istərdim. Sürətli qatar olsun – 20 saata Yerevandan Moskvaya çatsın”.

 

Aksiya iştirakçıları yerlərindən qışqırmağa başlayıblar ki, metro xətti çəkilsin. “Metro? Hə, olsun metro. Yerevan-Moskva metrosu. Alimlərimiz bunu edə bilər. Siz də sağ olun, ruslar da sağ olsun ki, hər zaman – artıq yüzillərdir erməniləri dəstəkləyirlər. Ruslar və ermənilər birlikdədir”, - Vladimir Jirinovski bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir