Modern.az

"Sarkisyan təqib olunmayacaq" - Paşinyan söz verdi

"Sarkisyan təqib olunmayacaq" - Paşinyan söz verdi

24 Aprel 2018, 23:14

Keçmiş hakimiyyətin nümayəndələri təqib olunmayacaqlar.

Modern.az xəbər verir ki,  bunu erməni müxalifətinin lideri Nikol Paşinyan bu gün Yerevanda keçirdiyi brifinqdə deyib.

N.Paşinyan onu da vurğulayıb ki, Ermənistanın müvəqqəti hökumətinin hazırda əsas vəzifəsi növbədənkənar azad seçkilərə hazırlaşmaqdır.

O, yeni formalaşdırılacaq hökumətə vətəndaş cəmiyyəti nümayəndələrinin daxil olacağını da istisna etməyib.

Özünün baş nazir olacağı barədə deyilənlərə gəlincə, müxalifət lideri bir daha deyib: "Əgər xalq istəyərsə, Ermənistanın baş naziri olmağa hazıram".

"Çox güman ki, belə də olacaq. Baş nazir vəzifəsinə xalq arasından seçilmiş biri irəli sürülməlidir. Ermənistanın Respublikaçılar Partiyasından belə bir namizəd ola bilməz. Bu partiyanın erası bitib. Onlar hakimiyyəti əllərində saxlamağa cəhd göstərməməli və sakit təhvil verməlidirlər", - deyə o əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir