Modern.az

Ermənistanda Paşinyan və müvəqqəti baş nazir arasında danışıqlar ləğv edilib

Ermənistanda Paşinyan və müvəqqəti baş nazir arasında danışıqlar ləğv edilib

Dünya

25 Aprel 2018, 00:36

Ermənistanda müxalifət lideri Nikol Paşinyan və baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan arasında aprelin 25-nə planlaşdırılmış danışıqlar ləğv edilib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə N.Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” Partiyasının mətbuat katibi Tiqran Avinyan bildirib.

 

Onun sözlərinə  görə, danışıqların  keçiriləcəyi tarix hələlik məlum deyil.  

Tiqran Avinyan  “tert.am”-a müsahibəsində bildirib ki, müxalifət bundan əvvəl bəyan etdiyi müddəalar ətrafında danışıqların aparılmasını təkid edir. Qeyd edək ki, müxalifətçilər  hakimiyyətin dinc ötürülməsini, Respublika partiyasının müvəqqəti hökumətin tərkibində əsas iştirakçı kimi təmsil edilməməsini və s. tələblər irəli sürürlər.  

 

“Respublika partiyası məsələnin bu cür qoyulmasının əleyhinədir”, - deyə Avinyan qeyd edib.

 

Bundan əvvəl N.Paşinyan baş nazir postunu tutmağa hazır olduğunu bildirib.  

 

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti  S.Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən keçirilib. Aprelin 23-də Ermənistan hökuməti istefa verib. Ölkədə yeni baş nazir seçkiləri mayın 2-nə təyin edilib.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!