Modern.az

Sabiq deputat Arzu Səmədbəyli haralardadır...  

Sabiq deputat Arzu Səmədbəyli haralardadır...   

25 Aprel 2018, 08:52

Keçmiş deputat, Müsavat Partiyasının üzvü Arzu Səmədbəylinin siyasi fəaliyyəti son vaxtlar gözə dəymir. Vaxtilə partiyanın rəhbərliyində təmsil olunmuş Arzu bəyin mətbuata açıqlamalırna da rast gəlmirik.

Modern.az saytının əməkdaşı  Arzu Səmədbəylinin nə işlə məşğul olduğunu öyrənmək üçün onunla əlaqə yaradıb.

Müsahibimiz saytımıza açıqlamasında  hazırkı işlərindən söz açıb:

“Hazırda Bakı şəhərindəyik və həyatımızı yaşayırıq. Digər tərəfdən bilirsiniz, Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə əlaqəli təşkilat komitəsi yaradıldı. Elə dünən bununla bağlı tədbirimiz oldu. 

Bu komitənin yubileyə hazırlıq istiqamətində yaratdığı işçi qrupunun  birinci toplantısıdır.  Dostlarımızla işçi qrupunun iclasında tədbirlər planımız haqqında müzakirələr etdik”.

A.Səmədbəyli qeyd edib ki, hələ ki yaxın zaman üçün başqa bir planı  yoxdur.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?