Modern.az

Azərbaycanlı jurnalistlər Türkiyə və Gürcüstana gedəcəklər   

Azərbaycanlı jurnalistlər Türkiyə və Gürcüstana gedəcəklər   

25 Aprel 2018, 12:10

Bir qrup azərbaycanlı jurnalist yaxın vaxtlarda Türkiyə və Gürcüstana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Parlamet Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirib. O qeyd edib ki, səfər Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə bağlıdır.

 

“Cənab Prezident 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Bununla bağlı düşünürük ki, biz jurnalistlərin də yalnız ölkə daxilində deyil, həm də ölkə xaricində fəaliyyəti olmalıdır. Gürcüstanda AXC-nin elan olduğu məkanda təbdir keçiriləcək. Ertəsi gün isə - 28 mayda Gəncədə, Azərbaycan Parlamentinin ilk iclası keçirilən məkanda tədbirimiz olacaq. Bu tədbirlər çərçivəsində 10 jurnalist Gürcüstana, 5 jurnalist isə Türkiyəyə gedəcək. Türkiyədə qardaş ölkə jurnalistlərinin iştirakı ilə böyük tədbir keçiriləcək”.

 

Qeyd edək ki, tədbirin təşkilatçısı Parlament Jurnalistləri Birliyidir.

Gürcüstanla bağlı layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə ilə bağlı layihə isə Alanya Qəzetçilər Cəmiyyəti tərəfindən maliyyələşir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir