Modern.az

Kənd Təsərrüfatı Nazirliyinə yeni mətbuat katibi gətirildi

Kənd Təsərrüfatı Nazirliyinə yeni mətbuat katibi gətirildi

25 Aprel 2018, 13:11

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər - mətbuat katibi təyinatı olub. 


Modern.az xəbər verir ki, yeni nazir İnam Kərimov "ASAN xidmət"in mətbuat katibi Anar Hüseynovu Kənd Təsərrüfatı Nazirliyinə - mətbuat xidmətinin rəhbəri postuna gətirib.


Qeyd edək ki, nazir İnam Kərimovun özü də aprelin 21-dək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") rəhbəri işləyirdi.

 

Xatırladaq ki, A.Hüseynova qədər Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində Murtuzəli Hacıyev çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub