Modern.az

Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı

Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı

25 Aprel 2018, 13:13

Azərbaycanın ikinci “Azerspace-2/Intelsat 38” geostasionar peykinin buraxılışı təxirə salınıb.

 

Trend-in məlumatına görə, bu barədə peykin buraxılışı ilə məşğul “Arianespace” (Fransa) şirkətindən bildirilib.

 

Qeyd olunur ki, aaha əvvəl mayın 25-ə təyin olunmuş proses Hindistanın kosmik-tədqiqat təşkilatının "GSAT-11" peykində aparılan texniki yoxlamalarla əlaqədar yay aylarına keçirilib.

 

Bildirilir ki, dəqiq tarix yaxın zamanlarda elan olunacaq.

 

Qeyd edək ki, peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qviana Kosmik Mərkəzi) kosmodromundan "Ariane 5 ECA" raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.

 

"Ariane 5 ECA" raket daşıyıcısı Azərbaycanın peykindən başqa, eyni vaxtda orbitə Hindistanın "GSAT-11" rabitə peykini də çıxaracaq.

 

Azərbaycanın "Azerspace-2/Intelsat 38" peykinin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?