Modern.az

Türkiyəyə satılacaq S-400-lərin istehsalı başlanılıb

Türkiyəyə satılacaq S-400-lərin istehsalı başlanılıb

25 Aprel 2018, 13:14

Rusiya müqavilə əsasında Türkiyəyə çatdırılacaq S-400 zenit raket komplekslərinin istehsalına başlayıb.

 

Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Rosoboronaeksport”un rəhbəri Aleksandr Mixeyev mətbuata açıqlama verib.

“Biz müqavilənin icrasına başlamışıq. İstehsal başlanılıb. Orada dövrlər, mərhələlər var. Hər şey razılaşdırılıb. Öz öhdəliklərimizi yerinə yetirəcəyik” – Mixeyev bildirib.

 

Xatırladaq ki, Rusiyadan S-400 komplekslərinin alınması Türkiyə üçün sanksiyalarla nəticələnə bilər. Ekspertlərin fikrincə, bu yaxınlarda Türkiyə banklarının ABŞ-dan öz aktivlərini çıxarması da buna hesablanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir